Küveyt xam neft və neft məhsullarının tədarükü ilə bağlı daha bir fors-major vəziyyətinin tətbiq olunduğunu elan edib. Qeyd olunur ki, Hörmüz boğazı açıldıqdan sonra belə, ölkə müştərilər qarşısındakı bütün öhdəliklərini dərhal yerinə yetirə bilməyəcək.
Gündəm24.az xəbər verir ki, bu barədə dövlətə məxsus “Kuwait Petroleum Corp.” şirkəti məlumat yayıb.
Qeyd olunub ki, Yaxın Şərqdəki münaqişə sakitləşdikdən sonra belə tam əməliyyatların bərpası üçün bir müddət vaxt lazım olacaq.














