Taylandın paytaxtı Banqkokda insanların sıx olduğu restoranda baş verən yanğın nəticəsində azı 27 nəfər həlak olub, 71 nəfər yaralanıb.
Gündəm24.az xəbər verir ki, bu barədə Thai PBS telekanalı məlumat yayıb.
Gündəm24.az xəbər verir ki, bu barədə Thai PBS telekanalı məlumat yayıb.
Məlumata görə, hazırda itkin düşən 45 nəfərin axtarışları davam etdirilir. Həlak olanların əksəriyyətinin restoranın tualetində qapalı vəziyyətdə aşkar edildiyi bildirilir.
Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər və xilasedicilər bir neçə nəfəri alovun içindən çıxarıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
İlkin ehtimala əsasən, yanğına elektrik naqillərində baş vermiş qısaqapanma səbəb olub. Şahidlərin sözlərinə görə, alov başlamazdan əvvəl güclü partlayış səsi eşidilib, daha sonra isə məkan qısa müddətdə tüstü və alova bürünüb.
Hazırda hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.//ajans.az
© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.