Yaponiyanın Kyuşu adasının cənubunda 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.
Gündəm24.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Kaqoşima prefekturasına daxil olan Taneqaşima adasının şərqində, dənizdə yerləşib. Yeraltı təkanların ocağı 40 kilometr dərinlikdə olub.
İlkin məlumata görə, zəlzələ nəticəsində tələfat və ya dağıntı qeydə alınmayıb. Həmçinin sunami təhlükəsi elan edilməyib.//ajans.az














