Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutunun alimləri bildiriblər ki, 1996-cı ildən bəri Xəzər dənizinin sahəsi 7,4% azalıb. Bu, təxminən 28,6 min kvadrat kilometr ərazi deməkdir ki, bu da Albaniyanın ərazisi ilə müqayisə oluna bilər.
Mütəxəssislərin sözlərinə görə, dənizin səviyyəsinin enmə tempi sürətlənib. Əvvəllər su səviyyəsi orta hesabla ildə 8 santimetr azalırdısa, son illərdə bu göstərici təxminən ildə 23 santimetrə çatıb.
Dayazlaşma artıq gəmiçiliyə, limanların fəaliyyətinə və sahil zolağına mənfi təsir göstərir. Alimlərin proqnozuna əsasən, XXI əsrin sonuna qədər Xəzər dənizinin səviyyəsi daha 2–21 metr aşağı düşə bilər.













