Şənbə, İyul 11, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bu sahədə çalışanlar hərbi xidmətdən azad edilir? – AÇIQLAMA

11/07/2026 14:54
CƏMİYYƏT
40 3
Bu sahədə çalışanlar hərbi xidmətdən azad edilir? – AÇIQLAMA
54
Baxış sayı

“Xarici komandada çıxış edən azərbaycanlı futbolçunun müddətli həqiqi hərbi xidmətə çağırılması faktının özü də, Azərbaycan qanunvericiliyinin tam təkmil olmamasını göstərir. İdman, elm, incəsənət kimi sahələrdə fəaliyyət göstərən şəxslər var ki, onlar xarici ölkələrdə həm təhsil alıb, həm də Azərbaycanı təmsil edə bilər. Ancaq qanunlar buna imkan vermir”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib. O bildirib ki, qanunvericilikdə belə problemlərin həlli mütləq öz əksini tapmalıdır:

“Qanunvericiliyə yüngülvari əlavə və dəyişiklik etmək lazımdır. Mən də bunun tərəfdarıyam. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov bir müddət öncə verdiyi müsahibəsində demişdi ki, Azərbaycan gənclərinin müxtəlif pillələr üzrə xaricdə rahat təhsil almasının tərəfdarıyıq. Bu mövzuda kimisə günahlandırmaq lazım deyil. Günah hamımızdadır. Çünki qanunvericilikdə belə problemlərin həlli mütləq öz əksini tapmalıdır. İstedadlı uşaqların sayı yüz yaxud min deyil. Onların sayı barmaqla sayıla biləcək qədərdir. Elə götürək yerli futbolçumuzun üzləşdiyi problemi. Həmin futbolçunun xarici klubda çıxış etməsi həm Azərbaycanı tanımaq nöqteyi-nəzərdən, həm də öz kariyerası baxımından daha yaxşı olardı. İndi Albaniyada yazacaqlar ki, biz onu istədik, amma Azərbaycan onu buraxmadı. Futbolçuya şərait yaradılmalıdır”.

 


Hərbi ekspert əlavə edib ki, hərbi qanunvericilik dəyişdirilməli, təkmilləşdirilməlidir:

“Qanunvericiliyə bizim tənbəl millət vəkilləri əlavə və dəyişikliklər etmək istəmirlər. Əlavə və dəyişikliklər edilsə, heç bir problem olmaz. Bu məsələdə biz daha çox itiririk, nəinki qazanırıq. Bunu mən dəfələrlə demişəm. Bizdə hamı çox yaxşı başa düşür, dərk edir. Amma qərara gələndə deyir ki, “vallah mənlik deyil”. Bəs kimlikdir? Hərbi qanunvericilik dəyişdirilməli, təkmilləşdirilməlidir. Biz istedadlı uşaqlarımız üçün şərait yaratmalıyıq”.

Xatırladaq ki, Albaniya çempionu “Eqnatiya” azərbaycanlı futbolçu Zamiq Əliyev ilə yollarını ayırıb. Buna səbəb Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) çağırışı ilə 25 yaşlı oyunçunun ölkədən çıxışına qadağa qoyulmasıdır. Z.Əliyev ötən mövsüm başa çatdıqdan sonra istirahət üçün Azərbaycana qayıdıb. O, yay fasiləsindən sonra komandasının təlim-məşq toplanışına qatılmaq üçün ölkəni tərk etmək istəsə də, hava limanında çıxışına icazə verilməyib. Nəticədə müdafiəçi nə “Eqnatiya”ya qoşula, nə də Avropa klublarından aldığı digər təklifləri dəyərləndirə bilib. Yaranmış vəziyyəti nəzərə alan Albaniya çempionu futbolçu ilə müqaviləyə xitam verib.

Oxşarxəbərlər

Azərbaycanın yol polisi birinci oldu
CƏMİYYƏT

Azərbaycanın yol polisi birinci oldu

11/07/2026 15:21
55
SON DƏQİQƏ! Sürətlə Yerə yaxınlaşır – Tarix AÇIQLANDI
CƏMİYYƏT

SON DƏQİQƏ! Sürətlə Yerə yaxınlaşır – Tarix AÇIQLANDI

11/07/2026 15:03
55
Sürücülərin NƏZƏRİNƏ – Bu yollar BAĞLI OLACAQ
CƏMİYYƏT

Sürücülərin NƏZƏRİNƏ – Bu yollar BAĞLI OLACAQ

11/07/2026 14:13
53
Artıq ödənilmiş pensiyalar neçə il sonra geri tələb oluna bilər? – Yeni təklif
CƏMİYYƏT

Artıq ödənilmiş pensiyalar neçə il sonra geri tələb oluna bilər? – Yeni təklif

11/07/2026 13:53
54
“Qələbənin memarı: Cənab Ali Baş Komandan” kitabının təqdimatı olub
CƏMİYYƏT

“Qələbənin memarı: Cənab Ali Baş Komandan” kitabının təqdimatı olub

11/07/2026 13:33
50
Növbəti 4 günə diqqət! – ŞOK XƏBƏRDARLIQ EDİLDİ
CƏMİYYƏT

Növbəti 4 günə diqqət! – ŞOK XƏBƏRDARLIQ EDİLDİ

11/07/2026 13:09
55

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İlham Əliyev Şuşanın bu kəndində sakinlərlə görüşdü

İlham Əliyev Şuşanın bu kəndində sakinlərlə görüşdü

11/07/2026 16:45
50
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

11/07/2026 15:34
50
Polkovnik vəfat etdi – FOTO

Polkovnik vəfat etdi – FOTO

11/07/2026 15:29
57
Azərbaycanın yol polisi birinci oldu

Azərbaycanın yol polisi birinci oldu

11/07/2026 15:21
55

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

10/07/2026 09:29
68

Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

09/07/2026 09:47
71

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

08/07/2026 10:03
78

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

07/07/2026 13:08
70

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.