“Qəzza zolağı, Qərb sahili və Şərqi Qüds vahid bir qurum olaraq gələcək Fələstin dövlətinin təməlini təşkil edir”.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Yohann Vadeful deyib.
O, bu fikiri Berlində iordaniyalı həmkarı Ayman əs-Səfadi ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.
“Almaniya hökuməti üçün Qəzza zolağı, Qərb sahili və Şərqi Qüds vahid bir qurum təşkil edir. Onlar gələcək Fələstin dövlətinin təməlidir. Almaniya hakimiyyəti hələ də bu məqsədi danışıqlar yolu ilə həyata keçirməyə çalışır”, – nazir urğulayıb.














