Masazır sakini dəm qazından boğulub.
Gündəm24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Hüseyn Yasən oğlu Ramazanov qəsəbənin H.Z.Tağıyev küçəsi ev 3 ünvanında kirayə qaldığı mənzildə dəm qazından zəhərlənərək ölüb.
Oxşar hadisə Sumqayıt şəhər Corat qəsəbəsində də baş verib.
1990-cı il təvəllüdlü Vahabov Əbülfəz Bayraməli oğlu yaşadığı fərdi evdə dəm qazından boğularaq vəfat edib.
Baş vermiş hadisələrlə bağlı araşdırma aparılır.

Əbülfəz Vahabov














