Qubada kişi dəm qazından boğularaq ölüb.
Gündəm24.az “Report”a istinadən xəbər verir ki, Asəf Ələkbərov özünə məxsus fərdi yaşayış evinin hamam otağında çimərkən dəm qazından zəhərlənərək vəfat edib.
Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.
İmişli sakini bədbəxt hadisənin qurbanı olub.
Gündəm24.az “Report”a istinadən bildirir ki, hadisə Bakı şəhərində qeydə alınıb.
Belə ki, 26 yaşlı Məmiyev Ramazan Rafiq oğlu dəm qazının qurbanı olub.
Məlumata görə, mərhum Qazaxıstanda işləyirmiş. O, 10 gün öncə sənədlərini düzəltdirmək üçün Azərbaycana gəlibmiş.
Faktla bağlı araşdırma aparılır.
















