12:03
Azərbaycanın Baş naziri Əli Əsədov 29-30 oktyabr tarixində Gürcüstana işgüzar səfər edəcək.
Gündəm24.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyası məlumat yayıb.
Səfər çərçivəsində Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclası keçiriləcək.
Bundan başqa, Əli Əsədovun gürcü həmkarı İrakli Kobaxidze ilə təkbətək görüşü də planlaşdırılıb.
Azərbaycanın hökumət başçısını səfərdə iqtisadiyyat, energetika, rəqəmsal inkişaf və nəqliyyat, həmçinin, elm və təhsil nazirlərindən ibarət nümayəndə heyəti müşayiət edəcək.
Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 29-da Gürcüstana işgüzar səfərə gedib.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanında Baş nazir Ə.Əsədovu Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili və digər rəsmi şəxslər qarşılayıblar.






