Çərşənbə, İyun 24, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Əliyev hər şeyi Pezeşkianın bircə zənginə qurban etdi…

10/03/2026 22:23
Manşet, Siyasət
52 3
Əliyev hər şeyi Pezeşkianın bircə zənginə qurban etdi…
69
Baxış sayı

Prezident İlham Əliyevin 5 martda – İrandan Naxçıvan Beynəlxalq Hava Limanı və orta məktəbə dron hücumundan sonra verdiyi kəskin bəyanat və ardınca dövlətimizin atdığı qətiyyətli addımlar bəzilərini təəccübləndirmişdi. Onlar müqayisə edirdilər: Türkiyə istiqamətində bir gün öncə, 4 martda İran tərəfindən raket atılmış, NATO tərəfindən zərərsizləşdirilən raket Hatay vilayətinə düşmüşdü.

Bunu misal göstərənlər İlham Əliyevin Ərdoğandan fərqli reaksiya göstərməsini anlamaqda çətinlik çəkirdilər, bir çox halda isə bundan ölkəmizə qarşı sui-istifadəyə cəhdlər hiss olunurdu.
Amma fərq həddən artıq çoxdur:
1. Türkiyə istiqamətində atılan raketin hədəfinin əslində Aralıq dənizindəki hərbi obyekt olduğu barədə Türkiyənin özündə belə ciddi iddialar var. Raketin Türkiyəyə atıldığını türk ekspertlərin özləri belə qətiyyətlə deməkdən açıq şəkildə çəkinirlər – analoji iddia ötən gün Türkiyə istiqamətində atılan növbəti raketə də aiddir.
4 ədəd PUA-nın birbaşa Naxçıvana hücum etməsi isə göz önündədir;
2. Türkiyə istiqamətində atılan raket(lər)in hədəfi bəlli deyil, çünki havada vurulub.
Azərbaycan ərazisinə daxil olan PUA-ların isə hədəfi tam aydındır – mülki infrastruktur, aeroport və uşaqların təhsil aldığı orta məktəb.
3. Türkiyə NATO ölkəsidir, öz ərazisindən İrana qarşı heç bir hücuma izn verməsə də, regionda gərginlik fonunda ölkənin hava məkanı üçün NATO ayaqdadır, təsadüfi deyil ki, həm 4 martda, həm də 9 martda buraxılan raketləri NATO qüvvələri vurub.
Azərbaycan heç bir hərbi blokun üzvü deyil, ərazisində heç bir ölkənin bazası yoxdur. Azərbaycana edilən hücum elə Azərbaycana edilən hücumdur – İrana hücum edən “müttəfiqin” bazasına yox…
Türkiyə atılan raketlərin ABŞ bazalarını hədəf aldığı və NATO-nun da onları zərərsizləşdirdiyi üçün sərt reaksiyadan çəkinə bilər, ancaq səfirini çağırıb, etirazını da çatdırır.
Azərbaycan isə özünə edilən və birbaşa orta məktəb şagirdlərini, Naxçıvanla yeganə əlaqəni hədəf alan hücuma sakit reaksiya verə bilməz.
4. Ərdoğan da daxil olmaqla, heç bir ölkənin nəinki birinci şəxsi, heç naziri belə İran səfirliyinə gedib, Əli Xameneinin həlak olmasına görə başsağlığı verməyib – yalnız İlham Əliyevdən başqa.
4 martda İlham Əliyev İranın Azərbaycandakı səfirliyinə şəxsən gedib, başsağlığı verdi.
ABŞ lideri Donald Tramp İlham Əliyevə şəxsi münasibətini əl görüşməsindən tutmuş Ağ Evdə stulunu şəxsən çəkməsinə qədər, bir çox məqamlarla büruzə verib və dünyaya nümayiş etdirib. Avropa liderlərini Ağ Evdə masasının önündə sıraya düzən Tramp İlham Əliyevlə eyni masanı bölüşmüşdü.
Dünyada nizamın pozulduğu indiki şəraitdə şəxsi münasibətlərin necə mühüm faktora çevrildiyini gözəl bilən İlham Əliyev Trampın şəxsi göstərişi ilə aradan götürülən qonşu liderə görə o ölkənin səfirliyinə gedən yeganə şəxs olaraq təkcə inanılmaz cəsarət sərgiləmədi, bu, həm də kimliyindən asılı olmayaraq, müsəlman dövlət başçısının ölümünə reaksiya baxımından əsl ləyaqət nümunəsi idi.
Heç kim bu ləyaqəti, dövlət ərkanını göstərmək istəmədi – Əliyevdən başqa!
Bunun əvəzində Naxçıvana, həm də orta məktəbə, həm də mülki hava limanına hücum əlbəttə ki, qeyri-adi sərt reaksiya doğurmalı idi.
Həmin gün qərar verildi və İranla yük daşımaları, tranzit keçid də daxil olmaqla, bütün əməliyyatlar dayandırıldı; siyasi-diplomatik xahişlərin icrası, humanitar təşəbbüslər də dayandırıldı.
Azərbaycan öz tələblərini səsləndirdi: üzrxahlıq, araşdırma, səbəbkarların cəzalandırılması…
İran Prezidenti Məsud Pezeşkian İlham Əliyevə 8 martda zəng etdi. Zəngin gecikmə səbəbləri haqda uzun-uzadı ehtimallar irəli sürmək mümkündür. O ehtimallara toxunmadan xüsusi vurğulayaq ki, Pezeşkianla Əliyevin telefon danışığı haqda Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin yaydığı press-relizdə İranın azərbaycanlı prezidentinin üzr istəməsi ilə bağlı bircə cümlə də yoxdur. Əksinə, yayılan açıqlamada Pezeşkianın əvvəlki mövqeyi qorunub-saxlanılır, bu hücumun İranla əlaqəsi olmadığını bildirir, araşdırılacağını deyir – baxmayaraq ki, bundan bir gün öncə Pezeşkianın “qonşulardan üzr”ünün əsas ünvanının Azərbaycan Respublikası olduğunu da bu zəng ortaya qoyur (Pezeşkian o açıqlamasından sonra yalnız Əliyev və Ərdoğanla danışıb).
Son dərəcə ciddi nüansdır: Pezeşkian üzr istəmir (və yaxud rəsmi açıqlamada buna toxunulmasına ehtiyac görülmür), ancaq Xameneiyə görə başsağlığı verməsi, həmçinin humanitar yardım niyyətini vurğulayıb, minnətdarlıq edir.
Prezident İlham Əliyev isə anında göstərişlərini verir: 9 martda İranla yük daşımalarına qoyulan qadağa tam şəkildə qaldırılır, 10 martda isə İrana humanitar yardım karvanı yola düşür.
İlham Əliyev Müctəba Xameneini ali rəhbər seçilməsi münasibəti ilə təbrik edir.
Cəmi bircə zəng kifayət edir ki, rəsmi Bakının mövqeyi tam dəyişsin!
Çünki zəng edən azərbaycanlıdır!
Çünki zəng edən canıbir-qanıbir qardaşımızdır!
Çünki ABŞ və İsrailin zərbələrindən əziyyət çəkənlərin tam yarısı canıbir-qanibir bacı-qardaşlarımızdır!
Çünki Azərbaycan Respublikası və Əliyev Pezeşkianın istinad yerləri içində birinci yerdədir!
Çünki biz artıq 60 milyonuq (50 milyon 20 il əvvəl idik) və 60 milyonun gözü Quzeydədir!\Bakupost.az

Oxşarxəbərlər

Trampdan sərt mesaj
Siyasət

Trampdan sərt mesaj

23/06/2026 20:46
52
İlham Əliyev dövlət qulluqçularını təltif etdi – SİYAHI
Manşet

İlham Əliyev dövlət qulluqçularını təltif etdi – SİYAHI

23/06/2026 17:29
63
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
Manşet

Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar

23/06/2026 16:20
59
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar
Manşet

İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar

23/06/2026 15:04
62
Prezidentlər Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş büstlərinə baxıblar
Manşet

Prezidentlər Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş büstlərinə baxıblar

23/06/2026 14:14
64
Prezident ÇAĞIRIŞ ETDİ —Ekspert atılacaq addımları AÇIQLADI
Manşet

Prezident ÇAĞIRIŞ ETDİ —Ekspert atılacaq addımları AÇIQLADI

23/06/2026 13:40
56

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Maşın bazarında yenə bahalaşma olacaq – Açıqlama

Maşın bazarında yenə bahalaşma olacaq – Açıqlama

23/06/2026 23:30
52
TƏCİLİ! Rusiya açıqladı – Fövqəladə vəziyyət ELAN EDİLDİ

TƏCİLİ! Rusiya açıqladı – Fövqəladə vəziyyət ELAN EDİLDİ

23/06/2026 23:28
53
TƏCİLİ! Rusiya açıqladı – Fövqəladə vəziyyət ELAN EDİLDİ

TƏCİLİ! Rusiya açıqladı – Fövqəladə vəziyyət ELAN EDİLDİ

23/06/2026 23:28
52
TƏCİLİ! Rusiya açıqladı – Fövqəladə vəziyyət ELAN EDİLDİ

TƏCİLİ! Rusiya açıqladı – Fövqəladə vəziyyət ELAN EDİLDİ

23/06/2026 23:28
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

23/06/2026 13:17
88

Tarixin izlərini qoruyan mahal – Loru haqqında bilmədikləriniz

Tarixin izlərini qoruyan mahal – Loru haqqında bilmədikləriniz

23/06/2026 11:14
78

Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

22/06/2026 11:17
61

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

19/06/2026 14:52
55

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.