“Global Firepower” 2026 -cı ilin ən güclü NATO ordularını açıqlayıb.
Gündəm24.az Oxu24.com-a istinadən xəbər verir ki,145 ölkənin hərbi imkanlarını 60-dan çox meyar üzrə qiymətləndirən təşkilat ordularda yenilikləri də nəzərə alıb.
Dünyanın ən güclü NATO ordularının siyahısında ABŞ birinci yerdə dayanır.
İkinci yerdə Fransa,üçüncü yerdə Böyük Britaniya,dördüncü yerdə Türkiyə,beşinci yerdə isə İtaliya qərarlaşıb.
Almaniya,İspaniya,Polşa,İsveç və Kanada ilk 10-luqda yer alıblar.
Qeyd edək ki,NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) 4 aprel 1949-cu ildə Vaşinqtonda qurulan, üzv dövlətlərin azadlığını və təhlükəsizliyini siyasi və hərbi vasitələrlə təmin edən beynəlxalq müdafiə ittifaqıdır. Hazırda 32 üzvü olan alyansın əsas prinsipi kollektiv müdafiədir. Baş qərargahı Brüsseldə (Belçika) yerləşir.
Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə əsasən, bir və ya bir neçə üzvə hücum hamıya hücum sayılır.














