Akkuyu Türkiyənin ilk nüvə elektrik stansiyasıdır.
Gündəm24.az xəbər verir ki, Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib ki, Akkuyu Atom Elektrik Stansiyasının ilk reaktorunun tikintisi 99%-ə başa çatıb.
Nazir X-də bildirib ki, “Biz ilk reaktorun “beyni” olan idarəetmə otağında görülən işləri yoxladıq. Onun tikintisi 99%-də başa çatıb. Daha sonra ətraflı söhbət etdik və layihənin icrası ilə bağlı irəliləyişləri müzakirə etdik”.
Akkuyu Türkiyədəki ilk nüvə elektrik stansiyasıdır. Stansiya, hər biri 1200 MVt gücündə olan dörd enerji blokundan və Rusiya istehsalı reaktorlardan ibarətdir.
Sədaqət Həsənova














