Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Afrika Respublikasında keçirilən G20 zirvəsi çərçivəsində Fransa Prezidenti Emanuel Makronla və İtaliyanın Baş naziri Giorgia Meloni ilə görüşüb.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Görüşdə Türkiyə – İtaliya, Türkiyə–Fransa ikitərəfli münasibətləri, regional və qlobal məsələlər eləcə də Qəzza və Ukraynaya dair müzakirə aparılıb.
Ərdoğan hər iki ölkə ilə münasibətlərin inkişafı üçün qarşılıqlı addımların vacibliyini vurğulayıb.














