Çərşənbə axşamı, Oktyabr 20, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Ərdoğan-Putin masası qurulur – dünya Bişkekdəki bu razılaşmalara hazırlaşır…

31/08/2026 15:33
Dünya, Manşet, Siyasət
824 9
Ərdoğan-Putin masası qurulur – dünya Bişkekdəki bu razılaşmalara hazırlaşır…
689
Paylaşım sayı
957
Baxış sayı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 1-də Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının tədbiri çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Hazırda dünyada diqqətlər həm də bu görüşə yönəlib. Çünki hazırda regionda geosiyasi proseslərin olduqca həssas mərhələyə qədəm qoyduğu bir vaxtdır. Bu görüş yalnız iki prezidentin növbəti təması deyil, regiondakı bir neçə böhran xəttinin eyni masada müzakirə olunması baxımından mühüm hadisə olacaq.

Ərdoğan və Putin Bişkekdə hansı məsələlər üzrə ortaq mövqe formalaşdırmağa çalışacaqlar? Suriyada yeni siyasi və təhlükəsizlik düzəni ilə bağlı Ankara ilə Moskva arasında hansı razılaşmalar mümkündür? Ukrayna və Qara dəniz məsələsində Türkiyənin vasitəçilik imkanları yenidən müzakirə olunacaqmı?

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Musavata.com-a bildirdi ki, Bişkekdə keçiriləcək Ərdoğan–Putin görüşünün əhəmiyyəti, ilk növbədə ənənəvi gündəlikdən daha geniş məsələlərin eyni vaxtda müzakirəsi ilə bağlıdır: “Rusiya tərəfi artıq görüşdə Ukrayna müharibəsi, Qara dənizdəki vəziyyət və ikitərəfli iqtisadi-ticarət əlaqələrinin müzakirə ediləcəyini açıqlayıb. Düşünürəm ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutacaq görüş Ankara üçün Moskva ilə birbaşa dialoqu davam etdirmək baxımından əlverişli platforma olacaq. Ən mürəkkəb mövzulardan biri, şübhəsiz ki, Ukrayna və Qara dəniz məsələsidir. Türkiyə NATO üzvü olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən dövlətdir, amma buna baxmayaraq Rusiya ilə münasibətlərində də qarşıdurma məntiqinə keçirməyib. Əksinə, Ankara həm Moskva, həm də Kiyevlə əlaqələri saxlayaraq özünü mümkün danışıqlar üçün vasitəçi aktor kimi təqdim edir. Qara dənizdə limanlara və gəmilərə qarşı hücumların artması isə Türkiyənin təhlükəsizlik maraqlarını birbaşa təsir göstərir. Bu səbəbdən Ərdoğan Putinlə söhbətdə atəşkəs perspektivi ilə yanaşı, Qara dənizdə kommersiya gəmiçiliyinin təhlükəsizliyini və mümkün diplomatik mexanizmləri də gündəmə gətirəcək. Suriyaya gəldikdə isə məlumdur ki, Ankara və Moskvanın burada maraqları tam üst-üstə düşmür. Türkiyə Suriya sərhədində öz təhlükəsizlik narahatlıqlarını və xüsusilə kürd silahlı strukturlarının gələcək statusunu önə çəkir. Rusiya isə Suriyada özünün siyasi və hərbi təsir imkanlarını qorumağa çalışır. Buna görə Bişkekdə tammiqyaslı yeni Suriya razılaşmasının meydana çıxması gözlənilməsə də amma ən azından tərəflər təhlükəsizlik prioritetlərinin bir-birinə uyğunlaşdırılması istiqamətində müzakirələr apara bilərlər. Suriyanın ərazi bütövlüyü və müxtəlif silahlı qrupların statusu kimi məsələlərdə koordinasiya axtarışı gündəmə gələ bilər. Enerji sahəsində münasibətlərdə isə daha praktik nəticələr gözləmək mümkündür. Türkiyə Rusiya qazı üçün mühüm bazar olaraq qalır və Moskva Qərb bazarlarında itirdiyi mövqelərin müəyyən hissəsini Türkiyə üzərindən kompensasiya etməyə çalışır. Buna görə qaz tədarükü, qiymət və ödəniş mexanizmləri ilə yanaşı, Akkuyu AES və gələcək enerji layihələrinin perspektivi də ikitərəfli iqtisadi gündəmdə yer ala bilər. Hazırda Kremlin açıqlamasında da iqtisadi-ticarət əməkdaşlığının ayrıca müzakirə ediləcəyi təsdiqlənib”.

Politoloq düşünür ki, görüşdə hər iki tərəf özlərinin qırmızı xətlərini yenidən masaya yatıracaqlar: “Ərdoğan Moskva ilə münasibətləri qorumaqla Türkiyənin regional vasitəçi rolunu gücləndirmək, Putin isə Ankara ilə dialoq vasitəsilə Rusiyanın Qara dəniz və Yaxın Şərqdəki manevr imkanlarını saxlamaq istəyəcək. Bu baxımdan Bişkek görüşünü Türkiyə-Rusiya münasibətlərində qarşılıqlı asılılığın daha ehtiyatlı şəkildə idarə olunması cəhdi kimi qiymətləndirmək daha doğru olar. Əgər tərəflər Ukrayna və ya ən azından Qara dəniz üzrə müəyyən anlaşma əldə edə bilsələr, Türkiyənin vasitəçilik imkanları yenidən genişlənə bilər”.

Oxşarxəbərlər

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR
Manşet

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

20/10/2026 18:58
962
Bakıda bu yol tam bağlanır
CƏMİYYƏT

Bakıda bu yol tam bağlanır

20/10/2026 17:17
955
Azərbaycanda məktəbdə şagirdə XƏSARƏT YETİRİLDİ
Hadisə

Azərbaycanda məktəbdə şagirdə XƏSARƏT YETİRİLDİ

20/10/2026 16:54
956
Eldar Namazov məhkəmədə Ramiz Mehdiyevlə üzləşdi
Manşet

Eldar Namazov məhkəmədə Ramiz Mehdiyevlə üzləşdi

20/10/2026 16:41
971
Ceyran Haşımova mirasını açıqladı
Manşet

Ceyran Haşımova mirasını açıqladı

20/10/2026 16:15
955
Prezidentdən Gəncə Memorial Kompleksi ilə bağlı – Sərəncam
Manşet

Prezidentdən Gəncə Memorial Kompleksi ilə bağlı – Sərəncam

20/10/2026 16:07
956

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

20/10/2026 18:58
962
Bakıda bu yol tam bağlanır

Bakıda bu yol tam bağlanır

20/10/2026 17:17
955
Azərbaycanda məktəbdə şagirdə XƏSARƏT YETİRİLDİ

Azərbaycanda məktəbdə şagirdə XƏSARƏT YETİRİLDİ

20/10/2026 16:54
956
Eldar Namazov məhkəmədə Ramiz Mehdiyevlə üzləşdi

Eldar Namazov məhkəmədə Ramiz Mehdiyevlə üzləşdi

20/10/2026 16:41
971

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

20/10/2026 18:58
962

Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

20/10/2026 08:20
963

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

19/10/2026 18:06
992

Rusiya Müdafiə Nazirliyindən açıqlama: Ukraynada bir sıra strateji obyektlərin vurulduğu bildirilir

Rusiya Müdafiə Nazirliyindən açıqlama: Ukraynada bir sıra strateji obyektlərin vurulduğu bildirilir

19/10/2026 10:05
1k

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.