KTMT sammiti noyabrın 27-də Bişkekdə keçiriləcək və Ermənistan bu sammitdə iştirak etməyəcək.
Gündəm24.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Ermənistan iştirak etməsə belə, razılaşdırılmış sənədlərin qəbul edilməsinə qarşı deyil.
Qeyd olunub ki, Putin ənənəvi olaraq Bişkekə səfərini başa vuraraq mətbuatın qarşısına çıxacaq.














