Cümə axşamı, Sentyabr 24, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Evi olanların nəzərinə: Cərimələnə bilərsiniz

26/04/2026 10:58
CƏMİYYƏT
818 34
Evi olanların nəzərinə: Cərimələnə bilərsiniz
705
Paylaşım sayı
979
Baxış sayı

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası sahəsində illərdir davam edən durğunluğu aradan qaldırmaq və vətəndaşların əmlakını daha etibarlı qorumaq məqsədilə yeni konsepsiya hazırlanıb. Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanovun açıqladığı yeni yanaşmanın əsas hədəfi katastrofik riskləri daha düzgün qiymətləndirmək və bədbəxt hadisələr zamanı vətəndaşlara daha adekvat sığorta ödənişlərini təmin etməkdir.

 

Yeniliyin ən mühüm elementi sığorta məbləğinin artıq vahid standartla deyil, dövlət qurumları ilə inteqrasiya olunmuş elektron platformalar vasitəsilə əmlakın parametrlərinə, yaşayış sahəsinin kvadratmetrinə və yerləşdiyi əraziyə uyğun formalaşdırılmasıdır.

 

Gündəm24.az  xəbər verir ki, mövzu ilə bağlı “Kaspi” qəzetinə danışan sığorta eksperti İlkin Nəcəfovun sözlərinə görə, hazırda bu sahədə vəziyyət ürəkaçan deyil, daşınmaz əmlakın icbari sığortası üzrə bazarın əhatə dairəsi on faizdən də aşağıdır:

 

“Yəni, Bakıdakı hər yüz evdən heç onu belə icbari qaydada sığortalanmayıb. Bunun isə tək bir səbəbi var, cərimə mexanizmi işləmir. Mövcud qanunvericiliyə əsasən, bu sığorta kifayət qədər geniş riskləri – yanğın, partlayış, ildırım vurması, daxili su basması və ya qonşudan su sızması, habelə üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində əmlaka dəyən zərəri əhatə edir. Sığorta predmeti sadəcə quru divarlar deyil, bura əmlakın əsas konstruksiyaları, qapı-pəncərəsi, tavanı, döşəməsi və daxili təmiri də daxildir. Göründüyü kimi, mövcud təminat zərfi kifayət qədər genişdir və əlavə nəsə daxil etməyə ehtiyac yoxdur. Əsas hədəfimiz sadəcə bu mükəmməl təminat paketini bazara düzgün tətbiq etmək və əhalinin sistemə kütləvi cəlb olunmasını təmin etməkdən ibarət olmalıdır”.

 

İ.Nəcəfov bildirib ki, yeni konsepsiyanın uğuru, ilk növbədə, işlək cərimə mexanizminin tətbiqindən asılıdır:

 

“Şəxsi fikrimcə, avtomobillərin icbari sığortasında olduğu kimi, daşınmaz əmlak sığortasında da real cərimələr tətbiq edilməsə, istənilən cəlbedici təklif əhali tərəfindən rəğbətlə qarşılanmayacaq. Müqayisə üçün avtomobillərin icbari sığortasına nəzər salaq. Vətəndaş sığortası olmadıqda hər iyirmi gündən bir əlli manat cərimə olunur deyə, hamı bu sığortanı əldə etməyə çalışır. Bu vəziyyəti dəyişmək üçün hökumət, Mərkəzi Bank və İcbari Sığorta Bürosu tərəfindən müxtəlif variantlar nəzərdən keçirilir. Sığorta haqqının kommunal ödənişlərə, xüsusən də işıq puluna inteqrasiya edilməsi, məbləğin bələdiyyə orqanları tərəfindən yığılması və ya icra hakimiyyətləri tərəfindən icbari sığortası olmayanlar üçün xüsusi cərimə protokollarının tətbiqi kimi müxtəlif təkliflər müzakirə olunur”.

 

Ekspertin fikrincə, tətbiq edilməsi gözlənilən yeni konsepsiya əvvəlki qaydalarla müqayisədə qat-qat ədalətli və çevikdir. Köhnə qaydalardakı ən böyük natamamlıq məbləğlərin hamı üçün eyni olması idi:

 

“Hövsanda 70 min manatlıq bir otaqlı panel evlə, Gənclikdəki 10 milyonluq villanın sığorta haqqı 50 manat təşkil edirdi. Çünki hər ikisi mülkiyyətin real dəyərindən asılı olmayaraq, 25 min manatlıq standart sığorta təminatı alırdı. Yeni konsepsiyada isə regionlar, şəhərin məskunlaşma dərəcəsi və zonalar üzrə sığorta haqqı və məbləğləri dəyişəcək”.

 

Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, bütün dünyada məcburi xarakter daşıyan sığorta sistemi ölkəmizdə avtomobil və digər sahələrdə işləsə də, daşınmaz əmlak sektorunda hələ də tam tətbiq edilə bilmir: “Bunun əsas səbəbi ölkədə yüz minlərlə çıxarışı olmayan əmlakın mövcudluğudur. Qanunvericiliyə görə, hər hansı bir əmlakın sığortalanması üçün mütləq şəkildə mülkiyyət hüququnu təsdiq edən sənəd olmalıdır”.

 

E.Fərzəliyevin fikrincə, məsələnin digər tərəfi isə çıxarışlı əmlak sahibləri arasında da sığortalanma səviyyəsinin aşağı olması və maarifləndirmənin çatışmazlığıdır: “Son beş ildə Bakı və Abşeron ərazisində satılan sənədli mənzillərin 60 faizindən çoxu ipoteka və ya daxili kreditlərlə alındığı üçün müqavilə müddəti bitənə qədər məcburi qaydada sığortalanır. Bu, çox müsbət haldır, çünki risk anında zərər dərhal qarşılanır. Lakin kreditdə olmayan sənədli mənzil sahibləri illik cəmi 50 manat ödəyərək 25 min manatlıq təminat almaqda maraqlı görünmürlər. Bakı şəhərində dəyəri yüz minlərdən milyonlara qədər dəyişən və minimal olaraq 400 manata kirayə verilən saysız-hesabsız mənzillər var. Təcrübə göstərir ki, yanğınlar, qısaqapanmalar və ya subasmalar kimi sığorta hadisələri məhz daha çox kirayə verilən evlərdə baş verir. Nəticədə zərərin ödənilməsi prosesi məhkəmələrə qədər uzanır. Halbuki sığorta vasitəsilə bu problemi sivil və sürətli şəkildə həll etmək olar”.

 

Ekspert vurğulayıb ki, yeni icbari sığorta konsepsiyası hazırlanarkən bu reallıqlar mütləq nəzərə alınmalıdır. Mənzil istifadədədirsə, onun qazı, işığı, kommunal xətləri çəkilibsə və qeydiyyatı mövcuddursa, çıxarışın olub-olmamasından asılı olmayaraq, bu əmlak sığortalana bilməlidir:

 

“Yalnız sənədli evlərə məcburiyyət tətbiq etmək ikitirəlik yaradacaq, mənzillərin yarısı sığortalı, qalan yarısı isə sığortasız qalacaq. Buna görə də, yeni konsepsiyada sırf sənədsiz evlərin sığortaya cəlb edilməsi və ya onların sənədləşdirilməsi prosesinin sürətləndirilməsi istiqamətində addımlar atılmalıdır. Bu hal həm sığorta şirkətlərinin fəaliyyətini genişləndirər, həm də vətəndaşların təhlükəsizliyini təmin edər. Sığorta haqqının yığılması isə vətəndaşların mütəmadi ödədiyi kommunal xərclərə inteqrasiya oluna bilər. Avtomobillərin icbari sığortası da ilk vaxtlar narazılıqla qarşılanmışdı. Lakin sonradan qəzalar zamanı dəymiş zərərin sığorta şirkətləri tərəfindən ödənildiyini görən sürücülər bu gün nəinki icbari, hətta könüllü sığortalara belə özləri müraciət edirlər. Daşınmaz əmlak sığortasında da məhz bu cür inamın formalaşması vacibdir”.

Oxşarxəbərlər

Azərbaycanlıları Rusiyada dəhşətə gətirən durum — Nə qədər davam edəcək?
Manşet

Azərbaycanlıları Rusiyada dəhşətə gətirən durum — Nə qədər davam edəcək?

24/09/2026 11:22
964
Hasil Abbasov onlara yüksək vəzifə verdi
CƏMİYYƏT

Hasil Abbasov onlara yüksək vəzifə verdi

24/09/2026 10:57
960
Bakının bu ərazisində evlər 20 faiz bahalaşacaq
CƏMİYYƏT

Bakının bu ərazisində evlər 20 faiz bahalaşacaq

24/09/2026 10:20
962
Milli Məclis mühüm qərar qəbul edib: 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək
CƏMİYYƏT

Milli Məclis mühüm qərar qəbul edib: 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək

24/09/2026 10:12
966
Ətin qiyməti ilə bağlı mühüm AÇIQLAMA — Kilosu 4 manata…
CƏMİYYƏT

Ətin qiyməti ilə bağlı mühüm AÇIQLAMA — Kilosu 4 manata…

24/09/2026 10:06
962
IV Bakı Təhlükəsizlik Forumu keçirildi – FOTOLAR
CƏMİYYƏT

IV Bakı Təhlükəsizlik Forumu keçirildi – FOTOLAR

24/09/2026 09:43
958

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Sumqayıtda REYD: 22 motosikletçi saxlanıldı – VİDEO

Sumqayıtda REYD: 22 motosikletçi saxlanıldı – VİDEO

24/09/2026 11:34
953
SON DƏQİQƏ! Xəzərdə zəlzələ oldu

SON DƏQİQƏ! Xəzərdə zəlzələ oldu

24/09/2026 11:31
953
Azərbaycanlıları Rusiyada dəhşətə gətirən durum — Nə qədər davam edəcək?

Azərbaycanlıları Rusiyada dəhşətə gətirən durum — Nə qədər davam edəcək?

24/09/2026 11:22
964
“Həyatımın ən böyük sevgisi” — Foto

“Həyatımın ən böyük sevgisi” — Foto

24/09/2026 11:04
965

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Göyçənin qədim kəndi – Canəhmədin TARİXİ

Göyçənin qədim kəndi – Canəhmədin TARİXİ

24/09/2026 08:27
958

Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

23/09/2026 08:08
964

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
975

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
965

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.