Azərbaycanın Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib.
Gündəm24.az xəbər verir ki, sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunin prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da xalq artistinə baş çəkib. O, həkimlərlə görüşərək müalicə prosesinin gedişi barədə ətraflı məlumat alıb.















