Füzulidə baş verən yanğının söndürülməsinə 3 rayondan əlavə qüvvə cəlb edilib.
Gündəm24.az xəbər verir ki, hadisə yerinə FHN-in Xocavənd, İmişli və Beyləqan rayonlarından yanğınsöndürən avtomobil və şəxsi heyət göndərilib.
Hazırda ərazidə yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.
Qeyd edək ki, ərazinin minalı olması yanğınsöndürmə əməliyyatlarına təsir edir.














