Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Musavat.com xəbər verir ki, qəza şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb. Belə ki, 1997-ci il təvəllüdlü Ramal Xuşacarx idarə etdiyi avtomobili aşırıb. Hadisə nəticəsində sürücünün və avtomobildə olan digər şəxslərin xəsarət aldığı bildirilir.
Qəza ilə bağlı araşdırma aparılır.















