“ABŞ və İran arasında hazırda müzakirə olunan mövzular nəzərə alındıqda, 15 gün ərzində hərtərəfli razılaşmanın əldə olunması texniki baxımdan real görünmür”.
Gündəm24.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, tərəflər müəyyən irəliləyiş əldə edərsə, danışıqların davam etdirilməsi üçün əlavə atəşkəs müddətinin gündəmə gəlməsi mümkündür.
“Əgər tərəflər yaxşı irəliləyiş əldə etsələr, bu müddət 45 gün, hətta 60 günədək uzana bilər”, – deyə Fidan qeyd edib.
Xatırladaq ki, aprelin 8-də ABŞ və İran arasında 2 həftəlik atəşkəs əldə olunub. Tərəflər arasında ilk görüş aprelin 11-də İslamabadda keçirilsə də, bu müzakirələrdən hər hansı yekun nəticə hasil olmayıb.













