Şənbə, Oktyabr 17, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Hakan Fidanın Bakı səfəri: Keçmişin qardaşlığından gələcəyin Türk dünyasına

16/09/2026 19:50
Manşet, Siyasət
785 50
Hakan Fidanın Bakı səfəri: Keçmişin qardaşlığından gələcəyin Türk dünyasına
691
Paylaşım sayı
960
Baxış sayı

Türkiyə Respublikasının xarici işlər naziri hörmətli Hakan Fidanın 15–16 sentyabr tarixlərində Azərbaycana həyata keçirdiyi səfər sıradan diplomatik təmas kimi qiymətləndirilə bilməz. Bu səfər Türkiyə–Azərbaycan münasibətlərinin bugünkü yüksək səviyyəsini nümayiş etdirməklə yanaşı, iki qardaş dövlətin gələcək regional və qlobal proseslərə hansı strateji baxışla yanaşdığını göstərən mühüm hadisə olmuşdur.

İlham Əliyev Hakan Fidanı Bakıda qəbul edib - Portfel.az

Səfər çərçivəsində hörmətli Hakan Fidanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilməsi ona xüsusi siyasi məna qazandırdı. Görüşdə Türkiyə–Azərbaycan qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi, əməkdaşlığımızın “Bir millət, iki dövlət” prinsipi əsasında daha da gücləndiyi vurğulandı. Enerji, alternativ enerji marşrutları, logistika, beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətlərin əlaqələndirilməsi və bölgədə baş verən proseslər müzakirə edildi.

Hakan Fidan Bakıya gəldi, Ceyhun Bayramovla görüşdü - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən geniş və səmərəli görüş isə iki ölkənin regional və beynəlxalq məsələlərdə baxışlarının nə qədər yaxın olduğunu bir daha göstərdi. Nazirlər Cənubi Qafqazda davamlı sülh və sabitlikdən başlayaraq enerji, nəqliyyat, təhlükəsizlik, iqtisadi-ticarət əməkdaşlığı və Türk dünyasının gələcəyinə qədər geniş gündəliyi müzakirə etdilər. Hakan Fidanın özünün də səfərin yekununda söylədiyi kimi, Türkiyə ilə Azərbaycan problemlərlə əhatə olunan bölgədə iki sabitlik adasıdır.

Lakin bu səfərə xüsusi məna verən başqa bir mühüm məqam da var.

Hakan Fidan: Türk dünyasının ortaq gələcəyini formalaşdıran tarixi zirvə  keçiriləcək

Hakan Fidan Bakıya məhz Bakının qurtuluşunun 108-ci ildönümündə gəldi.

15 sentyabr 1918-ci il Azərbaycan və Türkiyənin ortaq tarixində adi bir tarix deyildir. Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Azərbaycan qüvvələri ilə birlikdə Bakını azad etməsi qardaşlığın yalnız sözlə deyil, qanla, fədakarlıqla və tale birliyi ilə təsdiqləndiyi tarixi dönüş nöqtəsidir.

108 il sonra Türkiyənin xarici işlər nazirinin həmin gündə Bakıda olması keçmişlə bu gün arasında çox mənalı bir körpü yaratdı. Hakan Fidan da mətbuat konfransında bu tarixi xüsusi olaraq xatırlatdı, Nuru Paşanın komandanlığı altında Bakının azad olunmasında iştirak edən Qafqaz İslam Ordusunun rolunu vurğuladı və Azərbaycanın istiqlalı uğrunda həyatını itirmiş şəhidləri ehtiramla yad etdi.

Bu mənada səfər bizə bir həqiqəti yenidən xatırlatdı: Türkiyə–Azərbaycan münasibətlərində diplomatiya yalnız dövlət maraqları ilə deyil, ortaq tarixin yaratdığı böyük mənəvi yaddaşla da formalaşır.

Bu münasibətlərin təməlində tarix var, qan var, şəhidlər var, qarşılıqlı sədaqət və ən çətin günlərdə bir-birinin yanında dayanmaq iradəsi var.

1918-ci ildə Bakıya gələn Qafqaz İslam Ordusunun əsgərləri ilə XXI əsrdə Ankara və Bakının qurduğu strateji müttəfiqlik arasında görünməyən, amma son dərəcə möhkəm bir mənəvi xətt mövcuddur.

Bugünkü diplomatiyanın gücü də ondadır ki, dünənin xatirəsini sadəcə tarix kitablarında saxlamır, həmin yaddaşı sülhə, təhlükəsizliyə, iqtisadi inkişafa və ortaq gələcək layihələrinə çevirir.

Mia.az - Hakan Fidan Bakıda - Ceyhun Bayramovla görüş oldu

Qardaşlıqdan strateji müttəfiqliyə

Türkiyə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkədir. Sonrakı illərdə münasibətlər mərhələli şəkildə inkişaf edərək strateji tərəfdaşlıqdan müttəfiqliyə yüksəldi.

2010-cu ildə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması bu münasibətlərə yeni institusional çərçivə verdi. 15 iyun 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsi isə münasibətlərimizin tarixində yeni mərhələ açaraq Azərbaycan və Türkiyənin müttəfiqlik münasibətlərini rəsmiləşdirdi.

Şuşa Bəyannaməsinin təhlükəsizliklə bağlı müddəaları xüsusilə böyük əhəmiyyət daşıyır. Tərəflərdən birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz olduğu halda tərəflərin birgə məsləhətləşmələr aparması və BMT Nizamnaməsinə uyğun şəkildə bir-birinə zəruri yardım göstərməsi nəzərdə tutulur.

Bunun siyasi mənası son dərəcə aydındır: Azərbaycan və Türkiyənin təhlükəsizliyini ayrı-ayrılıqda düşünmək artıq mümkün deyil.

Birimizin təhlükəsizliyi digərimizin təhlükəsizliyidir. Birimizin gücü digərimizin gücüdür.

Bu gün Türkiyə–Azərbaycan münasibətlərini mən məhz buna görə qopmaz münasibətlər adlandırıram.

Bakı–Ankara xətti artıq böyük bir coğrafiyanı birləşdirir

Hakan Fidanın səfərinin gündəliyi göstərdi ki, Azərbaycan–Türkiyə əməkdaşlığı artıq yalnız ikitərəfli münasibətlər çərçivəsində qiymətləndirilə bilməz.

Enerji, nəqliyyat və logistika layihələri; Orta Dəhliz, Zəngəzur bağlantısı, Naxçıvan istiqaməti, Qars–İğdır–Aralıq–Dilucu dəmir yolu layihəsi, yaşıl enerji sahəsində əməkdaşlıq – bütün bunlar Azərbaycanla Türkiyəni birləşdirməklə kifayətlənmir. Bunlar Avropadan Xəzərə, Xəzərdən Mərkəzi Asiyaya qədər uzanan yeni geoiqtisadi xətt yaradır.

Qars–İğdır–Aralık–Dilucu dəmir yolu xəttinin təməli qoyulub

Azərbaycan və Türkiyə artıq Şərqlə Qərb arasında yalnız coğrafi körpü deyil, enerji, nəqliyyat, ticarət və siyasi sabitlik baxımından strateji bağlantı mərkəzlərinə çevrilirlər.

Dünyanın son dərəcə mürəkkəb mərhələdən keçdiyi bir zamanda bunun əhəmiyyəti daha aydın görünür. Rusiya–Ukrayna müharibəsi davam edir. Yaxın Şərqdə və İran ətrafında gedən hərbi-siyasi proseslər, Hörmüz boğazında yaranan təhlükələr beynəlxalq enerji və ticarət marşrutlarına birbaşa təsir göstərir.

Belə bir geosiyasi mühitdə Türkiyə və Azərbaycanın koordinasiyası təkcə iki dövlətin milli maraqları baxımından deyil, Cənubi Qafqazın və daha geniş Avrasiya məkanının sabitliyi baxımından da əhəmiyyət daşıyır.

Qarşıdakı üç böyük məsələ

Məncə, yaxın perspektivdə Azərbaycan–Türkiyə əməkdaşlığının üç əsas strateji istiqaməti xüsusilə diqqətdə saxlanmalıdır.

Birincisi, Azərbaycan–Ermənistan sülh prosesinin qalıcı nəticəyə çatdırılmasıdır. Cənubi Qafqaz artıq münaqişə və qarşıdurma coğrafiyası kimi deyil, sülhün, nəqliyyat əlaqələrinin, ticarətin və iqtisadi əməkdaşlığın genişləndiyi region kimi formalaşmalıdır. Azərbaycan və Türkiyə bölgənin gələcəyini məhz belə görür.

İkincisi, Orta Dəhlizin və Azərbaycan–Naxçıvan–Türkiyə bağlantısının tam şəkildə işlək vəziyyətə gətirilməsidir. Bu xətt yalnız Azərbaycan və Türkiyənin deyil, bütövlükdə Türk dünyasının Avropa–Asiya ticarətində rolunu daha da artıracaq.

Üçüncüsü isə Türk Dövlətləri Təşkilatının daha güclü və praktik əməkdaşlıq platformasına çevrilməsidir.

30 oktyabr 2026-cı ildə Türkiyədə Türk Dövlətləri Təşkilatının 13-cü Zirvəsinin keçirilməsi nəzərdə tutulur. Bu Zirvə ərəfəsində Hakan Fidanın Bakı səfəri və Azərbaycan rəhbərliyi ilə apardığı müzakirələr ayrıca əhəmiyyət daşıyır. Qarşıdakı mərhələdə Türk dövlətləri arasında yaxınlıq yalnız ortaq tarix və mədəniyyət üzərində qurulmamalıdır. Ortaq tarix bizim təməlimizdir, lakin gələcəyi qurmaq üçün ortaq iqtisadiyyat, ortaq nəqliyyat infrastrukturu, ortaq texnologiya, enerji əməkdaşlığı və təhlükəsizlik baxışı da lazımdır.

Türk dünyası duyğudan sistemə, qardaşlıqdan institusional gücə keçməlidir.

Türkiyə ilə Azərbaycan isə bu böyük coğrafiyanın təbii nüvəsi və hərəkətverici qüvvəsidir.

Keçmişin əmanətindən gələcəyin strategiyasına

Hakan Fidanın 15–16 sentyabr Bakı səfərinin mənasını mən bir cümlə ilə belə ifadə edərdim:

Bu səfər keçmişin qardaşlıq yaddaşının bugünün geosiyasəti, bugünün layihələrinin isə gələcəyin Türk dünyası ilə birləşdiyi strateji görüşdür.

108 il əvvəl Nuru Paşanın əsgərləri Bakıya bir qardaş xalqın yardımına gəldilər. Bu gün Azərbaycan və Türkiyə həmin qardaşlığı müasir dövlətlərin strateji müttəfiqliyinə çeviriblər.

Dövr dəyişib, dünyanın siyasi xəritəsi dəyişib, təhlükələr və imkanlar dəyişib. Dəyişməyən isə Azərbaycanla Türkiyənin bir-birinə münasibətinin mahiyyətidir.

Biz birlikdə güclüyük.

Azərbaycanın gücü Türkiyənin gücüdür, Türkiyənin gücü Azərbaycanın gücüdür.

Gücümüz birliyimizdir.

Və bütün bunların sonunda böyük Mustafa Kamal Atatürkün sözünü bir daha qürurla söyləmək istəyirəm:

Nə mutlu Türküm deyənə!

Hulusi Kılıç: Vətən müharibəsində özüm Ankarada olsam da, ruhum Qarabağda  idi - AZƏRTAC

Hulusi Kılıç
Türkiyənin Azərbaycandakı sabiq səfiri
İMZA İctimai Birliyinin Türkiyə təmsilçisi
Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun Himayəçilər Şurasının üzvü

Oxşarxəbərlər

Misir prezidenti 2030-cu ildə postunu tərk edəcəyini açıqladı
Dünya

Misir prezidenti 2030-cu ildə postunu tərk edəcəyini açıqladı

17/10/2026 19:30
952
Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək
CƏMİYYƏT

Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək

17/10/2026 17:43
955
Makiyaj etməsəm, meyit kimi görünərəm – Tramp
Dünya

Makiyaj etməsəm, meyit kimi görünərəm – Tramp

17/10/2026 17:27
954
Xaricdən sifariş verənlərin nəzərinə: Əlavə ödənişlə üzləşə bilərsiniz!
CƏMİYYƏT

Xaricdən sifariş verənlərin nəzərinə: Əlavə ödənişlə üzləşə bilərsiniz!

17/10/2026 17:11
954
Parisdə etirazlar gərginləşdi: Telekanala hücum edildi – FOTO
Dünya

Parisdə etirazlar gərginləşdi: Telekanala hücum edildi – FOTO

17/10/2026 16:39
954
Türkiyənin enerji tarixində ilk: Ərdoğan açıqladı…
Dünya

Türkiyənin enerji tarixində ilk: Ərdoğan açıqladı…

17/10/2026 16:07
954

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Misir prezidenti 2030-cu ildə postunu tərk edəcəyini açıqladı

Misir prezidenti 2030-cu ildə postunu tərk edəcəyini açıqladı

17/10/2026 19:30
952
Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək

Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək

17/10/2026 17:43
955
Makiyaj etməsəm, meyit kimi görünərəm – Tramp

Makiyaj etməsəm, meyit kimi görünərəm – Tramp

17/10/2026 17:27
954
Xaricdən sifariş verənlərin nəzərinə: Əlavə ödənişlə üzləşə bilərsiniz!

Xaricdən sifariş verənlərin nəzərinə: Əlavə ödənişlə üzləşə bilərsiniz!

17/10/2026 17:11
954

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

16/10/2026 19:02
1000

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

16/10/2026 08:14
1k

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

15/10/2026 08:07
965

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

14/10/2026 09:37
983

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.