Cümə, Oktyabr 9, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Həmin iclas 6 ildən sonra Bakıda keçiriləcək

06/01/2026 18:00
İqtisadiyyat
809 34
Həmin iclas 6 ildən sonra Bakıda keçiriləcək
698
Paylaşım sayı
969
Baxış sayı

Gələn həftə Bakıda Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclası keçiriləcək.

Bu barədə Gündəm24.az-a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Komissiyanın növbəti iclası yanvarın 13-də baş tutacaq. İclasda Azərbaycan tərəfdən həmsədr energetika naziri Pərviz Şahbazov, İtaliya tərəfdən isə xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Cirielli olacaq.

Xatırladaq ki, Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın V iclası 2020-ci il yanvarın 14-də Romada keçirilib.

Azərbaycanla İtaliya arasında iqtisadi əməkdaşlıq enerji, sənaye, təhsil və bərpa işləri də daxil olmaqla geniş sahələri əhatə edir. Tərəflər arasında strateji tərəfdaşlıq qorunur və İtaliya Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək göstərir. Bununla yanaşı, İtaliya şirkətləri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələrində aktiv iştirak etməyə dəvət olunur.

Enerji əməkdaşlığı bu münasibətlərin əsas sütunlarından biridir. Belə ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycandan İtaliyaya 3,88 milyard ABŞ dolları dəyərində 7,9 milyard kubmetr təbii qaz ixrac edilib. Bu həcm Azərbaycanın ümumi təbii qaz ixracının 38 %-ni təşkil edir. 2024-cü ilin eyni dövrü ilə müqayisədə İtaliyaya ixrac olunan qazın həcmi 2 % azalsa da, dəyər ifadəsində 19,3 % artım qeydə alınıb.

İqtisadi göstəricilərə nəzər saldıqda, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı mövqeyini qoruyur. Belə ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan ilə İtaliya arasında ticarət dövriyyəsinin həcmi 11 milyard 242 milyon 802,7 min ABŞ dolları təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9 % çoxdur və Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 25,21 %-nə bərabərdir.

Hesabat dövründə Azərbaycandan İtaliyaya ixrac 10 milyard 803 milyon 334,02 min ABŞ dolları, İtaliyadan Azərbaycana idxal isə 439 milyon 468,68 min ABŞ dolları olub. Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə ixracın 9,7 % artdığını, idxalın isə 7,1 % azaldığını göstərir.

Ticarət dövriyyəsinin əsas hissəsi xam neftin payına düşür. Belə ki, ötən ilin 11 ayı ərzində Azərbaycan İtaliyaya 6 milyard 524 milyon 604,65 min ABŞ dolları dəyərində 12 milyon 670 min 719,72 ton xam neft ixrac edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6,2 %, həcm baxımından isə 28,5 % artım deməkdir.

Oxşarxəbərlər

Qızılı olanlara ŞAD XƏBƏR: Böyük qazanc sizi GÖZLƏYİR- RƏQƏMLƏR
İqtisadiyyat

Qızılı olanlara ŞAD XƏBƏR: Böyük qazanc sizi GÖZLƏYİR- RƏQƏMLƏR

08/10/2026 11:52
953
BOKT-larda kredit faizləri niyə yüksəkdir? – Ekspertdən AÇIQLAMA
İqtisadiyyat

BOKT-larda kredit faizləri niyə yüksəkdir? – Ekspertdən AÇIQLAMA

07/10/2026 16:00
953
Sizin evinizdə də qızıl varsa, pis xəbər
Manşet

Sizin evinizdə də qızıl varsa, pis xəbər

07/10/2026 14:39
963
Qızılın qiyməti 4 150 dollardan aşağı düşdü
İqtisadiyyat

Qızılın qiyməti 4 150 dollardan aşağı düşdü

06/10/2026 09:28
953
Bakıda şirkət ləğv edilir
İqtisadiyyat

Bakıda şirkət ləğv edilir

05/10/2026 22:32
958
Azərbaycanda bahalaşma gözlənilir?
İqtisadiyyat

Azərbaycanda bahalaşma gözlənilir?

05/10/2026 18:00
953

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İlham Əliyevin PUTİN və BERDİMƏHƏMMƏDOVLA görüşü!

İlham Əliyevin PUTİN və BERDİMƏHƏMMƏDOVLA görüşü!

09/10/2026 12:45
964
Bu evlərə 1 YOX, 2 KUPÇA VERİLƏCƏK

Bu evlərə 1 YOX, 2 KUPÇA VERİLƏCƏK

09/10/2026 11:54
967
İranlı din xadimi Azərbaycanla bağlı açıqlamasına görə üzr istədi

İranlı din xadimi Azərbaycanla bağlı açıqlamasına görə üzr istədi

09/10/2026 11:53
951
Dərsə getməyən şagirdlərin valideynləri cərimələnəcək? – VİDEO

Dərsə getməyən şagirdlərin valideynləri cərimələnəcək? – VİDEO

09/10/2026 11:44
951

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan: Xoşkotan kəndi

Qərbi Azərbaycan: Xoşkotan kəndi

09/10/2026 08:25
954

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

08/10/2026 15:25
956

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

08/10/2026 14:58
973

Xarkovda ŞOK əməliyyat: Kolumbiyalı muzdlular hədəfə alındı

Xarkovda ŞOK əməliyyat: Kolumbiyalı muzdlular hədəfə alındı

08/10/2026 09:25
961

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.