Çərşənbə axşamı, Sentyabr 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Hər kəsə gələn o bildiriş nədir?

23/04/2026 09:18
CƏMİYYƏT
829 25
Hər kəsə gələn o bildiriş nədir?
707
Paylaşım sayı
982
Baxış sayı

Son günlər bir çox vətəndaşlara Dövlət Vergi Xidməti adından evlərin kirayə haqqından ödənilən verginin azaldılmasına dair bildirişlər göndərilir.

Gündəm24.az  musavat.com-a istinadən xəbər verir ki, bildirişdə qeyd olunur:
“Fiziki şəxslərə məxsus yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən tutulan vergi dərəcəsi 14%-dən 10%-ə endirilmişdir”.
Bu məzmunlu bildiriş alan vətəndaşlar ev kirayə vermədiklərini, sonrakı mərhələdə hansısa cərimə ilə üzləşəcəklərindən narahat olduqlarını deyirlər.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə bildirişlərin göndərilməsində məqsədin nə olduğu, onların göndərildiyi şəxslərin əhatə dairəsinin necə müəyyən edildiyinə dair sorğu ilə müraciət etdik. Xidmətin İctimaiyyətlə əlaqələr bölməsindən Musavat.com-a verilən məlumata görə, bildirişlər maarifləndirmə xarakteri daşıyır: “Məlum olduğu kimi, 9 dekabr 2025-ci il tarixli 297-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə, eləcə də “Sosial sığorta haqqında” Qanuna bir sıra dəyişikliklər edilmişdir.
Vergi ödəyicilərinin geniş kütləsini əhatə edən vacib yeniliklərin qısa, aydın və ünvanlı şəkildə çatdırılması məqsədilə (total məlumatlandırma çərçivəsində), fəaliyyəti aktiv olan vergi ödəyicilərinin uçot məlumat bazasında qeydiyyatda olan mobil telefon nömrələrinə 10 istiqamət üzrə SMS bildirişləri göndərilir.
Bu bildirişlərdən biri aşağıdakı məzmundadır:
“Fiziki şəxslərə məxsus yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən tutulan vergi dərəcəsi 14%-dən 10%-ə endirilmişdir.”
Qeyd edək ki, Dövlət Vergi Xidməti tətbiq olunan dəyişikliklərlə bağlı vergi ödəyicilərinin mütəmadi və kütləvi şəkildə məlumatlandırılmasını həyata keçirir, bu məqsədlə qısa məzmunlu bildirişlər və SMS-lər göndərir”.
Xidmətdən vurğulanır ki, bildirişlər aktiv VÖİN-i olan fiziki şəxslərə göndərilir. Yəni kontingent sırf Vergi Xidmətindəki baza əsasında müəyyənləşdirilib, Əmlak Məsələləri Dövlət Xidmətinin reyestr bazasından və ya digər bazalardan istifadə olunmayıb.
Qeyd edək ki, bu il yanvarın 1-dən etibarən evini kirayə verən şəxslərin kirayə haqqından ödəyəcəyi verginin məbləği 14 faizdən 10 faizədək azaldılıb. Rəsmi izahatda bu addımın əsas məqsədi kölgə iqtisadiyyatını azaltmaq, mənzil bazarında şəffaflığı artırmaq və dövlətin vergi gəlirlərini genişləndirmək kimi göstərilir.
Bu sahədə iki dəyişiklik edilib. 2025-ci il yanvarın 1-dən etibarən evini kirayə verən şəxslərin vergi ödənişini vergi orqanında şəxsən qeydiyyata durmayaraq həyata keçirmək imkanı yaradılıb. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən onlar vergi orqanında şəxsən qeydiyyata durmadan vergi agenti müəyyənləşdirə və vergi öhdəliklərinin icrasını həmin agentə həvalə edə bilərlər. Vergi agenti vergini hesablayır, kirayəçidən tutur və büdcəyə köçürür. Həmçinin ödənilən gəlirlərin və tutulan vergilərin uçotunun aparılması da vergi agentinin vəzifəsidir.
Vergi agentinin xidmətindən istifadə etməyən şəxslər isə özləri vergi orqanından vergi ödəyicisi kimi qeydiyyata düşməli, kirayənişinlə rəsmi müqavilə bağlamalı və aldıqları hər 100 manat kirayə haqqından 10 manatını vergi şəklində dövlətə ödəməlidilər.
Verginin azaldılması ilə yanaşı onun ödənməsindən yayınmaya görə cərimələr kəskin artırılıb. Belə ki, 2026-cı ildən etibarən vergi orqanında qeydiyyata alınmaq üçün ərizənin vaxtında verilməməsinə görə 200 manat məbləğində cərimə tətbiq edilir. Əvvəllər bu məbləğ cəmi 40 manat həddində müəyyənləşdirilmişdi. Bundan sonra isə evini kirayəyə verən şəxs vergi qeydiyyatına durmaqdan yayınarsa, daha ciddi maliyyə məsuliyyəti ilə üzləşəcək.
Bundan başqa, vergi hesabatında gəlirin azaldılmış göstərilməsi və ya hesabatın, ümumiyyətlə, təqdim edilməməsi hallarında yayındırılan vergi məbləğinin 50 faizi həcmində cərimə nəzərdə tutulur.
Bundan əlavə, müqavilə olmadan kirayədə qalanlar üçün də cəzalar var. Belə ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyata düşməmək kirayəçilərin inzibati məsuliyyətə cəlb edilməsinə səbəb ola bilər. İnzibati Xətalar Məcəlləsinə əsasən, vətəndaşın olduğu yer üzrə qeydiyyatdan keçməməsinə görə xəbərdarlıq edilir və ya 30 manat məbləğində cərimə tətbiq olunur.
Bu ilin əvvəlindən etibarən vergi və polis orqanları, bələdiyyələrin, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən monitorinqlər başlayıb. Açıqlanan məlumatlara əsasən bu prosesin gedişində əmlakla bağlı məlumat bazaları, sosial şəbəkələr, mənzillərdə kommunal xidmətlərdən istifadəyə dair informasiyalar nəzərdən keçirilərək araşdırma aparılır, hansı mənzillərin kirayə verildiyi müəyyənləşdirilir. Eyni zamanda həmin mənzillərin kirayə verilməsi ilə bağlı notarial qaydada müqavilənin bağlanıb-bağlanılmadığı aydınlaşdırılır. Yəni faktiki olaraq monitorinqlər zamanı rəsmi qaydada müqavilə bağlanılmadan kirayə verilən mənzillərin üzə çıxarılması, onların sahiblərinin cəzalandırılması qarşıya mühüm vəzifə kimi qoyulub.
Vergi orqanlarının bildirişlərinin göndərilməsi monitorinqlərlə birlikdə vətəndaşlar arasında məlumatlandırma, eyni zamanda kirayə müqaviləsi bağlamayanlara xəbərdarlıq da hesab oluna bilər. Belə görünür ki, monitorinq nəticələrinin təhlili başa çatıb və artıq hökumət real addımlara keçir. Bu baxımdan, maarifləndirici bildirişlərdən sonra evlərini rəsmi müqavilə olmadan kirayə verən şəxslərlə bağlı hüquqi addımların atılmasına başlanması gözləniləndir.
Onu da qeyd edək ki, kirayə verilən evlərdən əldə olunan gəlirin vergiyə cəlb olunması bütün dünyada tətbiq olunan praktikadır. Onun Azərbaycanda da tətbiq olunmasına etiraz edilmir. Sadəcə, həm vətəndaşlar, həm də ekspertlər 10 faizlik verginin yüksək olduğu qənaətindədirlər. Həm region, həm də dünya ölkələrində daşınmaz əmlakın kirayəsindən ödənilən vergilər Azərbaycanda müəyyən edilən həddən 2-2,5 dəfə aşağıdır. Məsələn, Moskva şəhərində fiziki şəxslər kirayədən əldə etdiyi gəlirdən cəmi 4 faiz vergi ödəyirlər. Hüququ şəxslər üçün isə vergi dərəcəsi 6 faizdir. Qonşu Gürcüstanda kirayə vergisi 5 faizdir. Avstriyada aylıq kirayə gəlirinin 1500 avrodan az olduğu halda 5.76 faiz vergi tətbiq olunur.
Bundan əlavə, Gürcüstanda son illər kirayə bazarının leqallaşdırılması, vətəndaşları vergi ödənişinə təşviq etmək istiqamətində mühüm addımlar atılıb. Elektron müqavilə sistemləri yaradılıb, qısamüddətli kirayə fəaliyyətinə xüsusi vergi rejimlərinin tətbiqinə başlanılıb. Azərbaycanın da bu təcrübədən yararlanması müsbət effekt verərdi.
Kirayə evlərlə bağlı qanunvericiliyin tələbləri hələlik yalnız qanuni sənədi olan evləri əhatə edə bilər. Belə ki, qanuni formada müqavilə bağlanması üçün kirayə verilən evlərin sənədlərinin qaydasında olması lazımdır. Bakı ətrafında yüz minlərlə ev sənədsizdir, onların xeyli hissəsi kirayə verilir. Bir çox şəxslər bir həyətdə 5-6 ayrı otaq tikərək fəhlələrə, tələbələrə kirayə verirlər. Belə evlərin heç birinin çıxarışı yoxdur. Bu isə onlarla bağlı kirayə müqaviləsinin imzalanmasını mümkünsüz edir. Bu, həmçinin vergi agenti ilə müqaviləyə də aiddir. Buna görə də sənədsiz evlərin sahibləri üçün qanunvericiliyin tələbinə əməl etmək qeyri-realdır. Belə evlər isə on minlərlədir. Hökumət tezliklə sənədsiz evlərin qeydiyyata alınması istiqamətində real addımlar atmasa, bu evlərdən daxil ola biləcək gəlir vergisi dövlət üçün itirilmiş gəlirə çevriləcək.

Oxşarxəbərlər

Pensiyalar 10 faiz artdı: Bəs pensiyaçılara nə qədər pul qalır?
CƏMİYYƏT

Pensiyalar 10 faiz artdı: Bəs pensiyaçılara nə qədər pul qalır?

22/09/2026 09:10
960
Bakıda bu binalar söküləcək: Kompensasiyanın məbləği BİLİNDİ
CƏMİYYƏT

Bakıda bu binalar söküləcək: Kompensasiyanın məbləği BİLİNDİ

22/09/2026 08:21
965
Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ
CƏMİYYƏT

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ

21/09/2026 22:09
982
“Elmlər”də izdiham: Avtobuslar gecikdi, sıxlıq yarandı- VİDEO
CƏMİYYƏT

“Elmlər”də izdiham: Avtobuslar gecikdi, sıxlıq yarandı- VİDEO

21/09/2026 21:04
972
DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq
CƏMİYYƏT

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

21/09/2026 20:53
966
Paytaxtın mərkəzində eskalator məngənəsi – sakinlər parka həsrət qalıb
CƏMİYYƏT

Paytaxtın mərkəzində eskalator məngənəsi – sakinlər parka həsrət qalıb

21/09/2026 20:17
979

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

TƏCİLİ! Bakı Konqres Mərkəzində güclü tüstülənmə baş verdi

TƏCİLİ! Bakı Konqres Mərkəzində güclü tüstülənmə baş verdi

22/09/2026 10:19
957
TƏCİLİ! Məktəbə silahlı hücum edildi – Yaralılar var – Qardaş ölkədə

TƏCİLİ! Məktəbə silahlı hücum edildi – Yaralılar var – Qardaş ölkədə

22/09/2026 09:42
955
TƏCİLİ! Bakıda bu yol çökdü – VİDEO

TƏCİLİ! Bakıda bu yol çökdü – VİDEO

22/09/2026 09:28
961
Bakıda AĞIR QƏZA: ÖLƏN VAR

Bakıda AĞIR QƏZA: ÖLƏN VAR

22/09/2026 09:24
961

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
958

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
963

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.