Portuqaliyada keçirilən prezident seçkilərinin ikinci turunda Sosialist Partiyasının namizədi Antonio Jose Sequro səslərin 66,2%-ni qazanaraq ölkənin yeni prezidenti oldu.
Gündəm24.az xəbər verir ki, Anadolu Agentliyinin verdiyi məlumata görə, Portuqaliyada keçirilən prezident seçkilərinin ikinci turunda müxalifətdəki Sosialist Partiyasının (PS) namizədi Antonio Jose Seguro səslərin 66,2%-ni toplayaraq prezident seçilib. Ölkədə 11 milyondan çox seçici, iki müddət xidmət etmiş və yenidən seçilmək hüququ olmayan Marselo Rebelo de Sousanın yerinə yeni prezident seçmək üçün səsverməyə qatılıb. Milli Seçki Komitəsinin açıqladığı rəsmi nəticələrə görə, 63 yaşlı Seguro 66,2%, Çeqa Partiyasının lideri Andre Ventura isə 33,8% səs toplayıb.
Portuqaliyanın Baş naziri Luis Monteneqro seçkilərin ikinci turunda qalib gələn Seguro‑nu təbrik edib və bildirib ki, partiyasının seçkilərdə ağır məğlubiyyətinə baxmayaraq, azlıq hökuməti işini davam etdirəcək. Seçki qələbəsindən sonra PS-in seçki qərargahına gedən Seguro seçicilərə təşəkkür edib, ölkəyə xidmət etməyi və yalnız gələcəyə baxacağını vurğulayıb. 2011–2014-cü illərdə Sosialist Partiyasına rəhbərlik edən, 2001–2002-ci illərdə baş nazirin müavini olmuş Seguro, seçkilərdə 51% iştirak faizi ilə qalib gəlib.
Sədaqət Həsənova














