Çərşənbə, İyul 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Tramp bütün ölkələrə 10 faiz yeni rüsum elan etdi

21/02/2026 10:09
Dünya
53 3
Tramp bütün ölkələrə 10 faiz yeni rüsum elan etdi
71
Baxış sayı

ABŞ Prezidenti Donald Tramp Ali Məhkəmənin onun idxal rüsumlarını birtərəfli qaydada tətbiq etmək səlahiyyətinin olmadığını bildirən qərarına sərt reaksiya verib və bütün ölkələrdən idxal olunan mallara 10 faiz həcmində yeni ümumi rüsum tətbiq ediləcəyini açıqlayıb.

Gündəm24.az Teleqraf-a istinadən xəbər verir ki, fevralın 20-də qəbul edilən və 6-3 səs çoxluğu ilə çıxarılan qərara əsasən, ABŞ Konstitusiyasına görə vergilərin və rüsumların müəyyən edilməsi səlahiyyəti Konqresə məxsusdur. Məhkəmənin sədri Con Roberts qərarda bildirib ki, prezident sülh dövründə rüsumlar tətbiq etmək üçün özbaşına səlahiyyətə malik deyil və ABŞ bütün dünya ilə müharibə vəziyyətində deyil.

Qərardan sonra Tramp bildirib ki, bu hökm onu dayandırmayacaq və o, idxala dərhal yeni 10 faizlik rüsum tətbiq edir. Onun sözlərinə görə, bu addım mövcud rüsumlardan əlavə olaraq qüvvəyə minəcək və qanunvericiliyə əsasən 150 gün müddətində tətbiq oluna bilər, lakin hüquqi mübahisələrə səbəb ola bilər.

Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında Ali Məhkəmənin bəzi üzvlərindən utandığını deyib və onların ölkənin maraqlarını qorumaq üçün cəsarət göstərmədiyini bildirib. O, həmçinin sübut təqdim etmədən məhkəmənin xarici təsirlərə məruz qaldığını iddia edib.

“Reuters” yazır ki, məhkəmənin bu qərarı Tramp administrasiyasının son aylarda yüksək rüsum təhdidi altında bağladığı ticarət razılaşmalarını da sual altına alıb. Həmçinin, ABŞ-ın idxalçılardan topladığı 175 milyard dollar məbləğində vəsaitin taleyi də qeyri-müəyyən olaraq qalır.

Qərardan sonra ABŞ fond bazarları qısa müddətlik yüksəlsə də, analitiklər qlobal bazarlarda yenidən qeyri-müəyyənliyin artacağı barədə xəbərdarlıq ediblər. Avropa Siyasət Mərkəzinin analitiki Varq Folkmanın fikrincə, bu vəziyyət dünya ticarətində yeni yüksək qeyri-müəyyənlik dövrünə səbəb ola bilər.

ABŞ-ın maliyyə naziri Skott Bessent isə bildirib ki, məhkəmə prezidentin bəzi rıçaqlarını əlindən alsa da, eyni zamanda ona tam embarqo tətbiq etmək hüququnun qaldığını təsdiqləyib. Onun sözlərinə görə, əvvəlki rüsum səviyyələrinə qayıdış daha dolayı və mürəkkəb yollarla baş verə bilər.

Qeyd olunur ki, Tramp 1974-cü il Ticarət Aktının 122-ci bölməsinə istinad edərək bu yeni rüsumu tətbiq edib. Həmin norma prezidentə “beynəlxalq ödəniş balansında əsas problemləri” aradan qaldırmaq məqsədilə 150 gün müddətinə 15 faizə qədər rüsum tətbiq etməyə imkan verir. Bununla belə, bu qərarın da məhkəmədə mübahisələndirilə biləcəyi istisna edilmir.

“Reuters” vurğulayır ki, Trampın son bir il ərzində tez-tez dəyişən rüsum qərarları bazarlara və qlobal iqtisadiyyata ciddi təsir göstərib və yeni addım investorlar arasında narahatlığı yenidən artırıb.

Oxşarxəbərlər

“Türkiyə ilə müharibə sabah başlaya bilər” – İsrail
Dünya

“Türkiyə ilə müharibə sabah başlaya bilər” – İsrail

22/07/2026 21:00
50
ABŞ İranın bu adasına HÜCUM ETDİ
Dünya

ABŞ İranın bu adasına HÜCUM ETDİ

22/07/2026 19:12
53
18 yaşlı aktrisa avtomobil qəzasında VƏFAT ETDİ – FOTO
Dünya

18 yaşlı aktrisa avtomobil qəzasında VƏFAT ETDİ – FOTO

21/07/2026 23:17
54
İran hücumu şiddətləndirdi: ABŞ bazaları ard-arda vurulur
Dünya

İran hücumu şiddətləndirdi: ABŞ bazaları ard-arda vurulur

21/07/2026 20:17
68
Bu iki ölkə müharibəyə başlayır?
Dünya

Bu iki ölkə müharibəyə başlayır?

21/07/2026 19:02
56
Rusiyada yaşayan azərbaycanlılara xəbərdarlıq – Bu şəxslər ölkədən çıxarılacaq
Dünya

Rusiyada yaşayan azərbaycanlılara xəbərdarlıq – Bu şəxslər ölkədən çıxarılacaq

21/07/2026 18:23
60

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“Türkiyə ilə müharibə sabah başlaya bilər” – İsrail

“Türkiyə ilə müharibə sabah başlaya bilər” – İsrail

22/07/2026 21:00
50
Həbsdən buraxılan Arzum Almaniyaya qayıdır? – AÇIQLAMA

Həbsdən buraxılan Arzum Almaniyaya qayıdır? – AÇIQLAMA

22/07/2026 20:51
50
ŞOK! Nigar Fərhad YOXA ÇIXDI – Axtarışdadır

ŞOK! Nigar Fərhad YOXA ÇIXDI – Axtarışdadır

22/07/2026 20:24
50
Rəqsanənin avtomobildə həyat yoldaşı ilə görüntüləri yayıldı – VİDEO

Rəqsanənin avtomobildə həyat yoldaşı ilə görüntüləri yayıldı – VİDEO

22/07/2026 19:25
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın tarixi irsi – Zal xan məscidi

Qərbi Azərbaycanın tarixi irsi – Zal xan məscidi

22/07/2026 10:17
56

Çatlamış yumurta yox, çatlamış məsuliyyət – bu səhlənkarlıq insanların süfrəsinə qədər gedib çıxır!

Çatlamış yumurta yox, çatlamış məsuliyyət – bu səhlənkarlıq insanların süfrəsinə qədər gedib çıxır!

21/07/2026 18:04
74

Qərbi Azərbaycanın ən möhtəşəm qalalarından biri – Alagöz qalası

Qərbi Azərbaycanın ən möhtəşəm qalalarından biri – Alagöz qalası

21/07/2026 11:07
63

Mığrı qalası – Zəngəzurun sıldırım qayaları üzərində ucalan istehkam

Mığrı qalası – Zəngəzurun sıldırım qayaları üzərində ucalan istehkam

20/07/2026 11:02
72

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In