Bazar, İyul 5, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İlham Əliyev “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak edib

27/11/2025 12:35
Gündəm, Manşet
47 2
İlham Əliyev “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak edib
62
Baxış sayı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunda “Matanat-A” şirkətinin “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak edib.

Gündəm24.az  xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Matanat-A” şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov dövlət başçısına zavodun fəaliyyəti barədə məlumat veriblər.

Prezident İlham Əliyevə əvvəlcə əsası 2000-ci ildə qoyulan “Matanat-A” şirkəti barədə məlumat verilib. İnşaat materiallarının istehsalı sektorunda 25 ildir fəaliyyət göstərən şirkətin tərkibinə “Matanat A” Quru İnşaat Qarışıqları, AĞDAĞ gipskarton və gips əsaslı məhsulların istehsalı, AZERLİME Əhəng, Avadanlıq və dəzgahların istehsalı və ELBERG maşınqayırma zavodları daxildir. Şirkətin müəssisələrində ümumilikdə 1000-ə yaxın iş yeri yaradılıb.

Ərazisi 10 hektar olan “AZWOOL” mineral daş yunu zavodunda ABŞ, Almaniya və Türkiyədə istehsal edilən müasir avadanlıqlar quraşdırılıb. Zavodun illik istehsal gücü 1,5 milyon kubmetr mineral daş yunudur. Müəssisədə məhsullar əsasən yerli xammaldan hazırlanır.

Mineral daş yunu zavodunun investisiya dəyəri 43 milyon manatdır. Layihənin reallaşdırılması üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb. Bununla yanaşı, müəssisə investisiya təşviqi sənədi ilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı təxminən 4 milyon manat güzəşt əldə edib. Zavodda 180 iş yeri yaradılıb.

Tikinti sektorunda istifadə olunan, ekoloji cəhətdən təmiz mineral daş yunu istilik və səs izolyasiyasını təmin etməklə yanaşı, enerjiyə qənaətə imkan yaradır. Mineral daş yunu Azərbaycanda rəqabət üstünlüyünə malik yerli məhsullardan biridir. Ona daxili və xarici bazarda böyük tələbat var. Zavodun açılışı yerli istehsalın təşviqi, daxili bazarın tələbatının ödənilməsi və xarici bazarda Azərbaycan məhsullarının rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək. Müəssisə ölkəmizin mineral daş yununa tələbatını ödəməklə yanaşı, idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldacaq. Həmçinin burada istehsal olunan məhsullar Gürcüstana, MDB və Yaxın Şərq ölkələrinə ixrac ediləcək.

Prezident İlham Əliyev “Matanat-A” şirkətinin müəssisələrində istehsal edilən məhsullarla da tanış oldu. Bildirildi ki, şirkətin zavodlarında 200-dən artıq ticarət markası ilə 3 mindən çox çeşiddə məhsul istehsal edilir. Məhsullar daxili təlabatı ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə Qazaxıstan, Gürcüstan, İraq, Ukrayna, Özbəkistan və digər xarici ölkələrə ixrac olunur.

Dövlət başçısı zavodu işə salıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunun şaxələndirilməsi və inkişafı istiqamətində aparılan işlər nəticəsində ölkəmizdə yeni-yeni istehsal sahələri yaradılır. Bütün bunlar isə, eyni zamanda, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına böyük töhfə verir.

Oxşarxəbərlər

Azərbaycan – Avropa ittifaqı əlaqələrinin müasir inkişaf istiqamatləri
Manşet

Azərbaycan – Avropa ittifaqı əlaqələrinin müasir inkişaf istiqamatləri

04/07/2026 13:06
67
“Ağ Evdəki tarixi görüş regionumuzda müsbət ab-hava və vəziyyət yaratdı” – Prezident
Manşet

“Ağ Evdəki tarixi görüş regionumuzda müsbət ab-hava və vəziyyət yaratdı” – Prezident

04/07/2026 11:01
60
Leyla Əliyeva doğum günü ilə bağlı paylaşım etdi – FOTO
CƏMİYYƏT

Leyla Əliyeva doğum günü ilə bağlı paylaşım etdi – FOTO

03/07/2026 23:51
54
Ətdən süd qoxusu gəlirsə… – Qida ekspertindən XƏBƏRDARLIQ
Manşet

Ətdən süd qoxusu gəlirsə… – Qida ekspertindən XƏBƏRDARLIQ

03/07/2026 18:33
62
Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH
Gündəm

Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH

03/07/2026 15:49
57
Arzumun rəfiqəsindən ŞOK AÇIQLAMA: “Ətrafındakı məxluqlar onu bu günə qoydu!”
Gündəm

Arzumun rəfiqəsindən ŞOK AÇIQLAMA: “Ətrafındakı məxluqlar onu bu günə qoydu!”

03/07/2026 15:45
55

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“Hər şey bir anda baş verdi”: Amalın öldüyü qəzanın şahidi danışdı – Video

“Hər şey bir anda baş verdi”: Amalın öldüyü qəzanın şahidi danışdı – Video

05/07/2026 20:23
52
Cəlilabadda sensasiyalı tapıntı: Cənubi Qafqazda analoqu yoxdur – FOTO

Cəlilabadda sensasiyalı tapıntı: Cənubi Qafqazda analoqu yoxdur – FOTO

05/07/2026 19:52
54
Ağır yol qəzası – Ölən var

Ağır yol qəzası – Ölən var

05/07/2026 19:49
52
Azərbaycanlı gənc Polşada göldə boğuldu

Azərbaycanlı gənc Polşada göldə boğuldu

05/07/2026 18:34
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Əsrlərin sirrini qoruyan qala – Keçi qalası

Əsrlərin sirrini qoruyan qala – Keçi qalası

03/07/2026 10:02
65

İrəvan qalası: Qərbi Azərbaycanın əfsanəvi istehkamı

İrəvan qalası: Qərbi Azərbaycanın əfsanəvi istehkamı

02/07/2026 11:07
72

Loru qalası: Tarixin daşlara yazılmış dastanı

Loru qalası: Tarixin daşlara yazılmış dastanı

01/07/2026 10:00
61

İrəvan mahalı: Azərbaycan dövlətçiliyinin qədim paytaxtı

İrəvan mahalı: Azərbaycan dövlətçiliyinin qədim paytaxtı

30/06/2026 10:12
105

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.