Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubay hakimi əlahəzrət Şeyx Məhəmməd bin Rəşid əl-Məktuma başsağlığı məktubu göndərib.
Gündəm24.az məktubun mətnini təqdim edir:
“Əlahəzrət,
Qardaşınız – görkəmli dövlət xadimi Şeyx Əhməd bin Rəşid əl-Məktumun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu əvəzsiz itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!”














