Pakistanın keçmiş baş naziri İmran Xanın ölüm xəbəri yayılıb.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, Xanın saxlanıldığı həbsxanada öldürüldüyü iddia edilir.
Məlumata görə, keçmiş baş nazirin üç bacısı onunla bir neçə dəfə görüşməyə cəhd etsələr də, buna icazə verilməyib. Hətta polisin onlara hücum etdiyi iddia olunur.
Artıq bir aydan çoxdur ki, İmran Xanla görüşə qadağa qoyulub. İddialara görə, Xan həbsxanada öldürülüb, meyiti binadan çıxarılıb. Lakin məlumat rəsmi olaraq hələlik açıqlanmır.














