Çərşənbə, İyul 8, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İmtahan çətinliyi müəllimləri və şagirdləri gərgin vəziyyətə salır – Ekspertdən DİM-ə XƏBƏRDARLIQ

10/03/2026 21:38
Elm və təhsil
60 4
İmtahan çətinliyi müəllimləri və şagirdləri gərgin vəziyyətə salır – Ekspertdən DİM-ə XƏBƏRDARLIQ
81
Baxış sayı

Xəbər verdiyimiz kimi, dünən 11 illik buraxılış keçirilib. İmtahanından sonra abituriyentlər və valideynlər araslnda sulların çətin olmasıyla bağlı narazılıqlar səsləndirilir. Belə olduğu halda bir sual meydana gəlir:

Bu nəticələr şagirdlərin hazırlıq səviyyəsinin aşağı olduğunu göstərir, yoxsa problem imtahan modelindədir?

Redaktor.az-a elm və təhsil məsələləri üzrə mütəxəssis Ramin Nurəliyev bildirdi ki, dünən imtahan bitəndən sonra şagirdlərin və ya valideynlərin sosial platformalardakı emosional fikirlərinə qapanmadan, məsələni birbaşa müəllimlərlə müzakirə edib:

“Müəllimlərin böyük bir qismi bu ilki imtahanın son iki ilin buraxılış imtahanlarına nisbətən xeyli çətin keçirildiyini ifadə edirlər. Xüsusilə Azərbaycan dili fənninin həqiqətən çətin olduğu qeyd olunur. Azərbaycan dili fənnində qrammatika suallarının ağırlığı, sualların bir neçə başlıq üzrə cavab tələb etməsi, bir neçə istiqaməti əhatə etməsi və daha çox vaxt aparması vurğulandı. Mətnlərin daha geniş olması da əlavə çətinlik yaradır. Mətndən 3 və ya 5 sual düşdükdə şagird həmin mətni təkrar oxumağa məcbur qalır və bir səhifəlik mətni hər dəfə yenidən oxumaq 3-5 dəqiqə vaxt aparır. Bütün bunları Dövlət İmtahan Mərkəzi nəzərə almalı və vaxt bölgüsünü buna uyğun tənzimləməlidir. Təəssüf ki, qəbul imtahanına müxtəlif əlavələr edilir – xarici dillə bağlı yeniliklər, mətn tapşırıqları, açıq suallar, yazılı və məntiqi suallar artırılır, amma vaxt əvvəlki kimi üç saat qalır və dəyişdirilmir”.

Mütəxəssisin fikrincə vaxt məsələsinə xüsusi diqqət yetirilməlidir.

“Son iki ilin buraxılış imtahanlarına baxsaq, onlar həqiqətən də o qədər çətin deyildi. Çox yaxşı imtahanlar keçirildi, yüksək bal toplayanların sayı çox oldu, hətta 700 bal toplayanlar kifayət qədər idi. Bu da ölkədə müsbət atmosfer formalaşdırdı və abituriyentlərin növbəti qəbul imtahanına motivasiyasını artırdı. Lakin bu il ayın 9-da keçirilən buraxılış imtahanı həmin müsbət atmosferi demək olar ki, dağıtdı. Riyaziyyat suallarının keçən illə müqayisədə çətinləşməsi, adətən ən asan olan ingilis dili suallarının isə müəllimlərin dediyinə görə 15-20 faiz ağırlaşdırılması şagirdlərin ümumi balına təsir göstərəcək. Bu çətinlik eyni zamanda onların psixologiyasına da mənfi təsir edir. Şagird əvvəlcə imtahanın birinci mərhələsinə girir, sonra isə ikinci mərhələ var. Birinci və ikinci cəhd blok imtahanları, rus bölməsi üçün dövlət dili imtahanı, qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları keçirilir”.

Müsahibimiz əlavə etdi ki, bütün bunları nəzərə alsaq, qəbul imtahanının birinci mərhələsinin daha asan olması yaxşı olardı, çünki başlanğıca müsbət əhval-ruhiyyə ilə start vermək vacibdir:

“Sualların çətin olması şagirdlərin psixologiyasına mənfi təsir göstərir, müəllimləri də çətin vəziyyətdə qoyur və nəticədə ümumi ballar aşağı düşür. Suallar çətinləşdikcə ballar azalır, ballar azaldıqca müsabiqə şərtlərini ödəyənlərin sayı azalır, bu isə plan yerlərinin tam dolmamasına səbəb olur.

Hesab edirəm ki, Dövlət İmtahan Mərkəzi bunları nəzərə alaraq növbəti mərhələdə blok imtahanlarında sadələşdirməyə getməlidir. Ayın 9-da keçirilən imtahan çətin olubsa, ehtimal ki, ayın 15-də keçiriləcək imtahan da oxşar səviyyədə olacaq. Ola bilsin bir qədər asan və ya çətin olsun, amma böyük fərq olmayacaq. Çünki ümumilikdə eyni tarixlərdə keçirilən imtahanların bərabər səviyyədə olması tənzimlənir. Yenə də düşünürəm ki, növbəti blok imtahanlarında bu məqamlar mütləq nəzərə alınmalıdır”.

Ekspertin sözlərinə görə, dünya artıq qəbul prosesini sadələşdirir:

“Bir çox ölkələrdə ali məktəblərə qəbul riyaziyyat və məntiq fənləri üzrə aparılır. Bəzi ali təhsil müəssisələrində attestat ortalaması ilə qəbul həyata keçirilir. Amma biz hələ də 5–6 fəndən, 5-ci sinifdən 11-ci sinfə qədər bütün mövzuları əhatə edən imtahan sistemi tətbiq edirik. Bu, 11-ci sinif şagirdi üçün həddən artıq ağırdır. Heç olmasa sualların səviyyəsi aşağı salınsa, suallar bir qədər asanlaşdırılsa, bütün mövzuları əhatə etməsə, çoxşaxəli və vaxt aparan tapşırıqlar azaldılsa, daha yaxşı olar. Dövlət İmtahan Mərkəzi ən azından blok imtahanlarında bunu nəzərə almalıdır. Çünki qəbul imtahanında iştirak edən şagird 11-ci sinif şagirdidir və ondan 5–6 fəndən, 5-ci sinifdən 11-ci sinfə qədər bütün mövzuları bilməsi tələb olunur. Şagird bütün bu məlumatları yadda saxlamalı və tətbiq etməlidir. Suallar çətin olduqda isə uşaq stres keçirir, həyəcanlanır və bu psixoloji gərginlik nəticələrə mənfi təsir edir. Buna görə imtahanlar sadələşdirilməli, qəlizləşdirilməməlidir. Bir ixtisasın keçid balının 250 yox, 350 bal olması nəyi dəyişir ki? Qoy müəllimlik kimi ixtisaslar bəzi qruplarda 250-270 balla deyil, məsələn, 450 balla görünsün. Bu həm ixtisasın dəyərini artırar, həm də ona olan hörməti yüksəldər. Suallar asan olduqca ballar yüksələr. Ballar yüksəldikcə müəllimlik və ya inşaat mühəndisliyi kimi ixtisasların keçid balları da artar. İndi baxırsan ki, inşaat mühəndisliyinə 230-240 balla qəbul olunur. Suallar çətin olduqda keçid balları aşağı düşür və bu da ixtisasın nüfuzuna təsir edir. Prestijli ixtisasların keçid ballarının yüksək olması həmin sahələrə verilən dəyərin göstəricisidir”.

Nurəliyevin fikrincə, problem imtahan suallarını tərtib edən mütəxəssislərdədir.

“Onlar düşünürlər ki, alim yetişdirirlər. Halbuki məqsəd ali təhsil müəssisələrinə qəbul imtahanı keçirməkdir. Kadr hazırlığı universitetlərin işidir. Universitet fizikanı da, riyaziyyatı da, ixtisas biliklərini də özü öyrədir. İmtahan qurumu isə sadəcə qəbul prosesini təşkil etməlidir. Məsələn, sual verilir ki, niyə 5-6 fəndən imtahan keçirilir? Deyirlər birinci qrupa riyaziyyat və kimya lazımdır. Niyə lazımdır bunu izah etmək lazımdır. Dünyanın bir çox yerində qəbul imtahanı riyaziyyat və məntiq üzrə keçirilir, bəzən yalnız ingilis dili ilə aparılır. Onlara lazım deyilmi? Riyaziyyat və məntiqlə imtahan verib tibb, kompüter mühəndisliyi və digər ixtisaslarda oxuyurlar. Biz onlardan daha çoxmu bilirik ki, fərqli sistem tətbiq edirik? Doğrudan da bu sualları tərtib edən mütəxəssisləri anlamaq çətindir. Dəfələrlə deyilir ki, sualları çətinləşdirməyin, uşaqlar üçün ağırlaşdırmayın. Bir-iki il nisbətən düzəlir, sonra yenidən eyni şəkildə çətinləşdirməyə meyil göstərilir”, – deyə ekspert yekunlaşdırdı.

Oxşarxəbərlər

Sertifikasiyadan narazı qalan müəllimlərə ARTİ-dən CAVAB
Elm və təhsil

Sertifikasiyadan narazı qalan müəllimlərə ARTİ-dən CAVAB

06/07/2026 13:04
55
Təhsil İnstitutundan tarix müəllimlərinin etirazına REAKSİYA
Elm və təhsil

Təhsil İnstitutundan tarix müəllimlərinin etirazına REAKSİYA

03/07/2026 13:52
58
Tamştatlı müəllim olmaq istəyənlərin diqqətinə – Mühüm məqamlar AÇIQLANDI
Elm və təhsil

Tamştatlı müəllim olmaq istəyənlərin diqqətinə – Mühüm məqamlar AÇIQLANDI

01/07/2026 17:03
61
Hafiz Paşayevdən nazirə: HƏRDƏN BAŞA DÜŞMÜRƏM NƏ DEYİRSİNİZ – VİDEO
Elm və təhsil

Hafiz Paşayevdən nazirə: HƏRDƏN BAŞA DÜŞMÜRƏM NƏ DEYİRSİNİZ – VİDEO

01/07/2026 11:15
59
Nazir 51 balın necə hesablandığını AÇIQLADI
Elm və təhsil

Nazir 51 balın necə hesablandığını AÇIQLADI

30/06/2026 10:43
56
Rektor ona vəzifə verdi – FOTO
Elm və təhsil

Rektor ona vəzifə verdi – FOTO

29/06/2026 18:00
58

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Rusiyanın təyyarəsi VURULDU

Rusiyanın təyyarəsi VURULDU

08/07/2026 17:20
51
NATO-nun yekun bəyannaməsi imzalandı – Türkiyə öhdəlik götürdü

NATO-nun yekun bəyannaməsi imzalandı – Türkiyə öhdəlik götürdü

08/07/2026 16:48
52
“İnsanlar Marsa getmir” – Bakı-Tiflis qatarının qiymətinə sərt REAKSİYA

“İnsanlar Marsa getmir” – Bakı-Tiflis qatarının qiymətinə sərt REAKSİYA

08/07/2026 16:47
52
Balakən sakinini sel apardı

Balakən sakinini sel apardı

08/07/2026 16:40
51

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

08/07/2026 10:03
63

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

07/07/2026 13:08
64

Dərələyəzin möhtəşəm qalaları: Tarixin sıldırım qayalar üzərində yazdığı izlər

Dərələyəzin möhtəşəm qalaları: Tarixin sıldırım qayalar üzərində yazdığı izlər

07/07/2026 09:50
57

Qərbi Azərbaycanın tarixi irsi: Sürməli qalasının keçmişi və bu günü

Qərbi Azərbaycanın tarixi irsi: Sürməli qalasının keçmişi və bu günü

06/07/2026 10:07
64

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.