Xamenei rejiminin çökməsi ilə bağlı xəbərlərin fonunda İranın hərbi elitası arasında ciddi təşviş yaşanır. Bəsic qüvvələrinin rəhbər şəxsləri və rəsmi məmurlar tanınmamaq üçün qadın libası geyinərək ölkəni tərk etməyə çalışırlar.
Demokrat.az-ın məlumatına görə sosial şəbəkələrdə yayılan fotolardan birində Gilan bölgəsinin tanınmış snayperləriindən olan Yasser Lefouti əks olunub. Qadın paltarında görüntülənən Lefoutinin atası “Tiz” ləqəbli şəxs isə Qüds Qüvvələrinin rəhbər heyətində yer alan fiqurlardan biridir.

Yayılan görüntülərdə əks olunan Yasser Lefouti birbaşa Sepahın (İslam İnqilabı Keşikçiləri Korpusu) nəzdində fəaliyyət göstərən Bəsic könüllü hərbi birləşməsinin Gilan üzrə snayperidir. Atası “Tiz” ləqəbli şəxs isə Sepahın xaricdəki əməliyyat qolu olan Qüds Qüvvələrinin komandirlərindən biri kimi tanınır.
Həmçinin oxu:
Dedikləri düz çıxan Çin ‘Nostradamus’undan İranla bağlı gözlənilməz proqnoz
Çox adamın notbuklarda fikir vermədiyi işarə — 20 manata satırlar
Müharibəyə görə Çin maşınlarının istehsalı dayandırılır? — Bu şirkətlər bağlana bilər
Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.
Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı “Arash-2” tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.
Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.














