Naxçıvan aeroportuna düşən İran PUA-larının sayı ən azı ikidir.
Gündəm24.az xəbər verir ki, bu barədə axar.az-a İranın Azərbaycandakı səfirliyindən bildirilib.
Qeyd edilib ki, “Şahid” PUA-ları olduğu ehtimal edilən dronların Naxçıvan aeroportuna hücum etdiyi, yoxsa təsadüfən düşdüyü haqda heç bir bilgiyə sahib deyillər:
“Xoşbəxtlikdən ciddi xəsarət alan yoxdur. Dronlar ora səhvən düşdüyü, yoxsa hücum etdiyi haqda məlumatımız yoxdur. Bu barədə rəsmi cavab almamışıq”.
Xatırladaq ki, bu gün İranın PUA-ları Naxçıvan aeroportuna hücum edib. Dronlardan biri hava limanına ziyan verib, digəri isə aeroport yaxınlığındakı məktəb ərazisinə düşüb. Nəticədə hava limanı terminalına ziyan dəyib, iki nəfər xəsarət alıb.













