İranın xarici işlər naziri Seyid Abbas Əraqçinin dünən Zelenskinin açıqlamalarına reaksiyası; Dünya çaşqın təlxəklərdən bezib / Biz iranlılar özümüzü necə müdafiə edəcəyimizi bilirik və xaricilərdən kömək istəməyə ehtiyacımız yoxdur.
Gündəm24.az xəbər verir ki, İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Ukrayna prezidenti Volodimir Zelenskinin son açıqlamalarına sərt reaksiya verib. O, Zelenskini Amerika və Avropa vergi ödəyicilərinin vəsaitlərini “korrupsioner generalların ciblərini doldurmaq” üçün istifadə etməkdə ittiham edib və bunu BMT Nizamnaməsinə zidd adlandırıb.
Əraqçi bildirib ki, Zelenski bir tərəfdən ölkəsinə qarşı “qanunsuz təcavüzdən” danışır, digər tərəfdən isə eyni BMT Nizamnaməsini pozaraq İrana qarşı ABŞ-ın hərbi müdaxiləsinə çağırır. Onun sözlərinə görə, bu yanaşma ciddi ziddiyyət təşkil edir və beynəlxalq hüquqa hörmətsizlikdir.
Nazir açıqlamasında emosional ifadələrdən də istifadə edib: “Dünya çaşqın təlxəklərdən bezib”. O vurğulayıb ki, xaricdən asılı və muzdlu ordulardan fərqli olaraq, iranlılar özlərini müdafiə etməyi bacarırlar və heç bir xarici gücün köməyinə ehtiyac duymurlar.
Sədaqət Həsənova














