Cümə axşamı, Mart 5, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İranın humanitar cinayəti: Naxçıvanda hədəf uşaqlar oldu

05/03/2026 15:25
Gündəm
45 2
İranın humanitar cinayəti: Naxçıvanda hədəf uşaqlar oldu
60
Baxış sayı

İranın Naxçıvana endirdiyi zərbə bölgədə onsuz da gərgin olan vəziyyəti daha da ağırlaşdırıb. Xüsusilə hadisənin dərs saatlarında, uşaqların məktəbdə olduğu vaxt baş verməsi məsələni daha da narahatedici edir və İranın əsl simasını açıq nümayiş etdirir. Tədris müəssisəsinin yaxınlığına zərbə endirilməsi mülki insanların, o cümlədən uşaqların həyatının necə böyük risk altına atıldığını açıq şəkildə göstərir. Belə bir addım təkcə hərbi gərginlik deyil, həm də humanitar cinayətdir. Naxçıvan Azərbaycanın əsasən mülki infrastruktura söykənən və strateji baxımdan həssas bölgələrindən biridir. Bu baxımdan mülki obyektlərin və xüsusilə təhsil müəssisələrinin hədəfə çevrilməsi regionda təhlükəsizlik məsələlərinin nə qədər kövrək olduğunu bir daha ortaya qoyub. Məktəb yaxınlığında baş verən hücum, uşaqların və müəllimlərin həyatının bir anın içində təhlükəyə düşməsi bütün Azərbaycan əhalisində böyük narahatlıq yaradıb.

Digər tərəfdən diqqətçəkən məqamlardan biri də odur ki, regionda ABŞ və Avropa İttifaqına məxsus hərbi missiyalar və müxtəlif strukturlar məhz Ermənistan ərazisində fəaliyyət göstərir. Buna baxmayaraq, İranın hədəf kimi Azərbaycanın mülki infrastrukturunu və uşaqları seçməsi onun niyyətini açıq-aşkar ortaya qoyur. Əgər rəsmi Tehranın iddia etdiyi kimi, regionda hansısa xarici hərbi mövcudluq əsas problem kimi göstərilirsə, bu halda hədəf Azərbaycan yox, məhz ABŞ-nin hərbi bazası olan Ermənistan seçilməli idi. Baş verən hadisə bir daha göstərib ki, belə hücumlar təkcə hərbi gərginliyi artırmaqla qalmır, həm də mülki insanların təhlükəsizliyini birbaşa təhdid altına qoyur. Xüsusilə uşaqların təhsil aldığı bir məkanın yaxınlığında belə bir zərbənin baş verməsi İran rejiminin atdığı addımların region üçün nə qədər təhlükəli nəticələr doğura biləcəyini açıq şəkildə nümayiş etdirir. Bu isə istər-istəməz İranın apardığı siyasətin mahiyyəti və məqsədləri barədə mesaj verir.

Məsələ ilə bağlı politoloq Taleh Əliyev Sfera.az-a açıqlama verib.

Onun sözlərinə əsasən, İran üçün insanların, xüsusilə də mülki şəxslərin, uşaqların və qadınların ölümü, xəsarət alması heç də faciə hesab edilmir:

“Onlar üçün önəmli olan öz avantürist ideologiyalarını Yaxın Şərqdə yaymaq və regionu bir növ qan çanağına çevirməkdir. Dini liderin və onunla bərabər İran generalının ölümündən sonra biz növbəti günlərdə İran rəhbərliyi tərəfindən Yaxın Şərqin demək olar ki, istisnasız olaraq bütün ərəb ölkələrinə qarşı birbaşa hücumların edilməsinin şahidi olduq. Bunun fonunda dünən Türkiyə ərazisinə raket atılması, bu gün isə Azərbaycana dronlarla hücum edilməsi onu göstərir ki, İran hakimiyyəti artıq xaotik vəziyyətdədir, rejim aqnoziya mərhələsindədir və proseslərə obyektiv, soyuqqanlı yanaşma nümayiş etdirə bilmir”.

Ekspert bu gündən etibarən İran rejiminin hakimiyyətdə qaldığı hər günün təkcə İran xalqı üçün deyil, bütün Yaxın Şərq və İslam dünyası üçün ciddi təhlükə mənbəyinə çevrildiyini qeyd edib:

“Bu rejimin hakimiyyətinin sonlandırılması Yaxın Şərqdə gələcək üçün yeni, sabit, firavan və təhlükəsiz bir mərhələnin başlanğıcına çevriləcək. Təəssüflər olsun ki, Azərbaycan dövləti növbəti dəfə xain qonşumuz İranın açıq və aşkar təcavüzü ilə üz-üzə qalmış oldu. Azərbaycan hər nə qədər İrana qarşı humanist yanaşsa da, onlardan daim xainlik görmüşük. Biz İrandakı şovinist, faşist və ekstremist hərbi birləşmələrin Azərbaycana qarşı davamlı olan məkrli planları səbəbindən bu gün səhər saatlarında Naxçıvanda həm Azərbaycanın digər hissələri ilə yeganə əsas əlaqə vasitəsi olan Naxçıvan aeroportunun vurulmasının, həm də azyaşlı uşaqların təhsil aldığı orta məktəbin yaxınlığına dron hücumunun edilməsinin şahidi olduq. Ona görə də məhz İran rejimi devrilməlidir”.

Oxşarxəbərlər

​İpoteka limitləri saniyələr sonra bitdi? – FOTO
Gündəm

​İpoteka limitləri saniyələr sonra bitdi? – FOTO

05/03/2026 17:36
53
Rusiyada Şahin Şıxlinski və Səfərovlara hökm oxundu
Gündəm

Rusiyada Şahin Şıxlinski və Səfərovlara hökm oxundu

05/03/2026 17:28
54
İrana qarşı ən qüdrətli silahımız işə düşür – Minlərlə drondan güclü partlayış…
Gündəm

İrana qarşı ən qüdrətli silahımız işə düşür – Minlərlə drondan güclü partlayış…

05/03/2026 16:00
61
İran hakimiyyəti növbəti dəfə öz namərdliyini göstərir – Deputat
Gündəm

İran hakimiyyəti növbəti dəfə öz namərdliyini göstərir – Deputat

05/03/2026 15:50
65
Naxçıvana hücumla bağlı prokurorluq MƏLUMAT YAYDI
Gündəm

Naxçıvana hücumla bağlı prokurorluq MƏLUMAT YAYDI

05/03/2026 15:48
57
Güney Azərbaycan ayağa qalxır – Naxçıvana hücumdan sonra…
Gündəm

Güney Azərbaycan ayağa qalxır – Naxçıvana hücumdan sonra…

05/03/2026 15:26
53

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Türkiyə Naxçıvana hücumla bağlı bəyanat verdi

Türkiyə Naxçıvana hücumla bağlı bəyanat verdi

05/03/2026 17:45
53
Bayramovla Fidan İranın dron hücumlarını müzakirə etdi

Bayramovla Fidan İranın dron hücumlarını müzakirə etdi

05/03/2026 17:41
54
​İpoteka limitləri saniyələr sonra bitdi? – FOTO

​İpoteka limitləri saniyələr sonra bitdi? – FOTO

05/03/2026 17:36
53
Rusiyada Şahin Şıxlinski və Səfərovlara hökm oxundu

Rusiyada Şahin Şıxlinski və Səfərovlara hökm oxundu

05/03/2026 17:28
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
İsrail qırıcıları İranın strateji yolunu bombaladı

İsrail qırıcıları İranın strateji yolunu bombaladı

05/03/2026 09:31
61

İraq səmasında zərbələr: İranpərəst silahlı qruplara hücum

İraq səmasında zərbələr: İranpərəst silahlı qruplara hücum

05/03/2026 08:38
72

ŞOK rəqəm: İranla müharibənin ABŞ-a gündəlik xərci 1 milyard dollar

ŞOK rəqəm: İranla müharibənin ABŞ-a gündəlik xərci 1 milyard dollar

05/03/2026 08:18
76

Vaşinqton-Tehran xətti? Netanyahunun Ağ Evə inamsızlığı artır

Vaşinqton-Tehran xətti? Netanyahunun Ağ Evə inamsızlığı artır

05/03/2026 03:55
61

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.