Cümə axşamı, Fevral 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İsa Həbibbəylinin Mehdiyev “sevdası” haradan qaynaqlanır? – Alqış Musayev “saxta akademik”lə bağlı bütün SİRLƏRİ AÇDI

05/12/2025 12:25
Gündəm, Manşet
51 0
İsa Həbibbəylinin Mehdiyev “sevdası” haradan qaynaqlanır? – Alqış Musayev “saxta akademik”lə bağlı bütün SİRLƏRİ AÇDI
65
Baxış sayı

Gündəm24.az   KONKRET.az-a istinadən xəbər verir ki,“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev özünün facebook səhifəsində Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin açıqlamasına mövqe bildirib. Xatırladaq ki, İsa Həbibbəyli bildirib ki, Ramiz Mehdiyevin akdemikliyi məhkəmənin verəcəyi qərardan sonra ləğv ediləcək.

Alqış Musayev mövqeyini elə belə də ifadə edib:

“Bu, olduqca, məntiqsiz və səhv yanaşmadır. Çünki Mehdiyevin necə alim olması hamıya bəllidir. Kimin akademik səviyyəli elm xadimi olub-olmamasını heç bir məhkəmə müəyyən etmir. Ona cinayət işini Milli Elmlər Akademiyası qaldırmayıb ki , nəticəni gözləmək lazım olsun. Adam dövlətə xəyanətdə ittiham olunur. Ona görə də Ramiz Mehdiyevi günü sabah akademiklikdən məhrum etmək olar və lazımdır”.

Alqış Musayev

Yalnız Alqış Musayev belə düşünmür. Belə yanaşma olduqca məntiqsiz və yumşaq desək, başdan-ayağa səhvdir. Çünki elm xadimlərinin akademik olub-olmamasını məhkəmə deyil, elmi ictimaiyyət müəyyən etməlidir. Dövlətə xəyanətdə ittiham artıq kifayət etməlidir ki, Mehdiyev akademiklikdən məhrum edilsin. Yəni məhkəmənin hökmünü gözləmək olduqca absurd və riyakar mövqe kimi də dəyərləndirilə bilər. Yəqin İsa Həbibbəyli cəmiyyətə gizli mesaj ötürür ki, hər şey ola bilər. Məhkəmə Akademikin günahsız olduğuna dair qətnamə qəbul edər. Mehdiyev haqqında danışarkən Akademiyanın tavanına gözünü zilləyən Həbibbəyli çox istərdi elan eləsin ki, bəs ay camaat, dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və cinayət yolu ilə əmlak leqallaşdırmaq kimi xüsusilə ağır ittihamlarla üzləşən “Ramzes” aydan-arı, sudan da durudur. İsa anlamır ki, məhkəmənin verdiyi qərar ittihamın sübut olunub-olunmamasından asılı olmayaraq, ictimai rıçaqdır və Akademiyanın reputasiyasına onus da ciddi zərbə vuracaq. Belə olan halda, AMEA-nın prestiji naminə Mehdiyevin titulunun saxlanması çox arqumentsiz görünür.

Azərbaycanın baş akademikinin nəzərinə çatdırırıq ki, elm və elmi titullar fundamental olaraq ideya, bilik və tədqiqat əsasında qazanılır. Yəni onun hüquqi vəziyyəti və cinayət işi ilə birbaşa əlaqəsi elmi dəyərlərin özündən fərqlidir. Akademiklik şəxsin elmi fəaliyyəti və elmi töhfələri ilə bağlıdır, cinayət işi isə hüquqi-cinayət məsələsidir.

Əgər akademik ad məhz siyasi, hüquqi situasiyaya görə ləğv ediləcəksə, bu sistemin elmi prinsiplərdən çox siyasətə bağlı olduğunu göstərir. İsa Həbibbəyli bilə-bilə elmi nüfuzun obyektivliyinə xələl gətirir.

Həbibbəyli onu da unutmasın ki, “Ramzes”in elmi titullarının saxta olması barədə kifayət qədər iddialar var. Bu, ayrıca elmi yoxlamalarla, komissiyalarla araşdırıla bilər. Cinayət işi isə, əgər məqsəd yalnız titul ləğvi deyilsə, elmi saxtakarlığı sübut etmir.

Beləliklə, məhkəmə qərarını gözləmək bir tərəf, mövqe nümayişidir.

Artıq heç kimə sirr deyil ki, AMEA daxilində titulların verilməsi uzun illər ərzində Ramiz Mehdiyevin təsiri altında olub. Başqa alimlər iddia edirlər ki, saxta akademiklər, “kartofka” adlandırdıqları rütbələr sanki “xidmətə görə” verilib. Bu baxımdan göstərilən ittihamlar (dövlətə xəyanət, hakimiyyət zorla ələ keçirməyə cəhd, cinayət yolu ilə var-dövlət leqallaşdırma) və bu iddiaların ictimai rezonansa səbəb olması faktı Akademiyanın reputasiyasını da aşağı salıb.

Çünki akademik titullar da elmi etimad, nüfuz və ictimai məsuliyyət tələb edir. Belə olan halda, ictimai maraq və AMEA-nın nüfuzu baxımından Mehdiyevin akademiklikdən məhrum edilməsi düzgün addım olardı.

Oxşarxəbərlər

Tarixin ən dəhşətli səhifəsi – Xocalıdan 34 il ötür
Gündəm

Tarixin ən dəhşətli səhifəsi – Xocalıdan 34 il ötür

26/02/2026 00:02
53
Prezidentin sosial media hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım edildi – FOTO
Manşet

Prezidentin sosial media hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım edildi – FOTO

25/02/2026 22:36
52
İlham Əliyev Xocalının Xanabad kəndində – FOTOLAR
Manşet

İlham Əliyev Xocalının Xanabad kəndində – FOTOLAR

25/02/2026 22:26
52
“Dadına baxın, təndir çörəyidir” – İlham Əliyev – VİDEO
Manşet

“Dadına baxın, təndir çörəyidir” – İlham Əliyev – VİDEO

25/02/2026 21:49
50
“Son 80 ildə belə qələbə olmayıb” – İlham Əliyevdən bəyanat
Manşet

“Son 80 ildə belə qələbə olmayıb” – İlham Əliyevdən bəyanat

25/02/2026 21:15
50
İlham Əliyevdən sərt mesaj: “Bundan sonra heç kim…”
Manşet

İlham Əliyevdən sərt mesaj: “Bundan sonra heç kim…”

25/02/2026 20:50
51

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Tarixin ən dəhşətli səhifəsi – Xocalıdan 34 il ötür

Tarixin ən dəhşətli səhifəsi – Xocalıdan 34 il ötür

26/02/2026 00:02
53
Prezidentin sosial media hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım edildi – FOTO

Prezidentin sosial media hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım edildi – FOTO

25/02/2026 22:36
52
İlham Əliyev Xocalının Xanabad kəndində – FOTOLAR

İlham Əliyev Xocalının Xanabad kəndində – FOTOLAR

25/02/2026 22:26
52
Tarix Əliyevə yeni vəzifə verildi

Tarix Əliyevə yeni vəzifə verildi

25/02/2026 22:08
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Tehran Vaşinqtona Cavab Verdi – Raket və Nüvə Açıqlamaları “Yalandır”

Tehran Vaşinqtona Cavab Verdi – Raket və Nüvə Açıqlamaları “Yalandır”

25/02/2026 11:01
53

Kartel Başçısı Məhv Edildi, Ölkədə Gərginlik Artdı

Kartel Başçısı Məhv Edildi, Ölkədə Gərginlik Artdı

25/02/2026 09:55
53

24 Saatda Böyük Zərbə – Ukrayna Qüvvələri Ciddi Itki Verdi

24 Saatda Böyük Zərbə – Ukrayna Qüvvələri Ciddi Itki Verdi

25/02/2026 07:45
53

Türkiyədən Açıqlama – ABŞ və İranla Bağlı Xəbərlərə Reaksiya

Türkiyədən Açıqlama – ABŞ və İranla Bağlı Xəbərlərə Reaksiya

25/02/2026 02:47
53

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In