İsveç Xarici İşlər Nazirliyi ölkə vətəndaşının İranda edam edilməsinə rəsmi etirazını bildirib.
Gündəm24.az xəbər verir ki, bu barədə Dagens Nyheter nəşri məlumat yayıb.
Martın 18-də İsveçin xarici işlər naziri Mariya Stenerqard bildirib ki, İran İsveç vətəndaşını edam edib. Nazir qeyd edib ki, edam olunan şəxs 2019-cu ildə İsveç vətəndaşlığı alıb və ikili vətəndaşlığa malik olub. Bu səbəbdən edam xəbəri yayıldıqdan sonra İsveç XİN İranın ölkədəki səfirini nazirliyə çağırıb.













