Dayanıqlı şəhər inkişafı ilə bağlı müzakirələr olduqca fəal keçib.
Gündəm24.az apa-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
O bildirib ki, forum beynəlxalq medianın böyük diqqətini cəlb edib:
“1000-dən çox akkreditə olunmuş media nümayəndəsi WUF13-ü geniş şəkildə işıqlandıraraq dayanıqlı urbanizasiya və beynəlxalq əməkdaşlığın əhəmiyyətinin qlobal miqyasda təşviqinə töhfə verib”.
Anar Quliyev qeyd edib ki, WUF13-ün digər mühüm nəticələrindən biri gələcək Ümumdünya Şəhərsalma Forumlarında tətbiq olunacaq səmərəlilik standartlarının yaradılması məqsədilə Bakı Standartının tətbiqinə dair niyyət məktubunun imzalanması olub.













