Çərşənbə, İyun 17, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Kərə yağı alarkən nələrə diqqət yetirilməlidir? – EKSPERT

22/10/2025 12:27
CƏMİYYƏT, Gündəm
74 4
Kərə yağı alarkən nələrə diqqət yetirilməlidir? – EKSPERT
99
Baxış sayı

Azərbaycanda insanları narahat edən məsələlərdən biri də heyvan mənşəli yağların tərkibinin nə dərəcədə təmiz olmasıdır. Mağazalarda satışda olan yağların həm qiyməti, həm də tərkibi bir-birindən fərqlənir. Adətən bahalı yağların daha keyfiyyətli və az zərərli olduğu bildirilir. Bu da istehlakçıların seçimində qiymət və sağlamlıq amilinin önəmini artırır.

Marketlərdəki bəzi yüksək yağ qiymətləri belədir:

“NEWLAND” kərə yağı 1 KQ- 23.50 AZN
“WESTGOLD” kərə yağı 1 KQ -25.90 AZN
“ANCHOR” kərə yağı 1 KQ- 23.99 AZN
“GOLDEN CROWN ” kərə yağı 1 KQ -24.95 AZN
“BEST COW” kərə yağı 1 KQ-23.49 AZN
“SLAVYANSKOE” kərə yağı 1 KQ 82.5%- 21.90 AZN
“PINAR” kərə yağı 1 KQ – 30.00 AZN
“NOVAYA ZEMLYA” kərə yağı 1 KQ 82%- 18.90 AZN
“AZER SUD” kərə yağı 83% 1KQ-22.55 AZN

Bəs insanlar yağ alarkən ən çox nəyə diqqət etməlidir? 

Bununla bağlı Sfera.az-a açıqlama verən qida eksperti Fərid Səfərov son vaxtlarda yağ məhsulları ilə bağlı həm qiymət fərqləri, həm də “təbii” adı altında satılan məhsulların keyfiyyətinin insanlarda ciddi narahatlıq yaratdığını dedi.Ekspert yağ seçərkən əsas diqqətin təkcə dad və qiymətə deyil, həm də sağlamlıq və keyfiyyətə yönəldilməsinin vacib olduğunu vurğuladı. Onun sözlərinə görə, satılan yağın üzərində “hidrogenləşdirilmiş yağ”, “trans yağ”, “palm yağı” və ya “marqarin” kimi ifadələr varsa, həmin yağdan uzaq durmaq lazımdır:

“İstehsalçı və mənşə ölkə faktoru da önəmlidir. Tanınmış, etibarlı brendlərin yağları adətən daha ciddi keyfiyyət nəzarətindən keçir. Etiketdə istehsal və son istifadə tarixi aydın yazılmalıdır. Təmiz yağda yanıq, acı və ya süni qoxu hiss olunmamalıdır. Əgər qızdırıldıqda kəskin qoxu yayılırsa, bu keyfiyyətsiz və ya çoxqatlı emaldan keçmiş yağdır. Bahalı yağ həmişə təmiz demək deyil, lakin çox ucuz yağların tərkibində adətən qarışıq və ya texniki mənşəli komponentlər olur. Həddən artıq ucuz məhsul şübhə doğurmalıdır”.

Əhali arasında yağların bahalaşmasından sonra nehrə yağına da maraq artıb. Bir çoxları onun digər yağlara nisbətdə daha xeyirli olduğunu bildirirlər. Lakin bu iddianın nə dərəcədə doğru olduğu və belə yağların həqiqətən təmiz olub-olmadığı sual doğurur.

Nehrə yağı həqiqətən digər yağlardan daha faydalıdırmı? Onun təmizliyini müəyyən etmək üçün alıcılar nəyə diqqət etməlidirlər?

F. Səfərov qeyd edib ki, nehrə yağı əsasən kənd şəraitində, qaymaqdan və ya təzə süddən alınan yağdır. Ekspertin sözlərinə görə, nehrə yağı əgər doğrudan da təbii və düzgün hazırlanıbsa, o, A vitamini, E vitamini və Omeqa-3 yağ turşuları ilə zəngin olur.

Həmsöhbətimiz nehrə yağı adı altında çox vaxt bitki yağı ilə qarışdırılmış marqarin və ya kərə yağı imitasiyalarının satıldığını əlavə etdi:

“Bu yağlar həddən artıq doymuş yağ tərkibli olduğuna görə, xolesterolu yüksək olan şəxslər üçün riskli ola bilər. Əgər süd mənbəyi sağlam heyvandan deyilsə, yağın tərkibində toksinlər və antibiotik qalıqları ola bilər”.Onun fikrincə, təmiz nehrə yağı otaq temperaturunda yumşaq, lakin tam əriyən olmur:

“Əgər çox tez əriyirsə və ya maye halına gəlirsə tərkibində bitki yağı ola bilər. Təbii nehrə yağı südün, qaymağın xoş qoxusunu verir. Yanıq, kimyəvi və ya marqarinə bənzər qoxu varsa, bu qarışıq yağdır. Həmçinin, təmiz nehrə yağı qızdırıldıqda köpüklənmir, xoş süd qoxusu yayır. Qara qalıq, yanıq qoxusu və ya tüstülənmə yaranırsa, həmin yağ saxtalaşdırılmışdır.
Həqiqi nehrə yağı ucuz ola bilməz. Çünki onun istehsalı xeyli süd və əmək tələb edir. Əgər nehrə yağı adı altında satılan yağın bir kiloqramı 10-15 manata təklif olunursa, çox güman ki, o, təmiz deyil”.

Oxşarxəbərlər

Partiya sədrindən deputata SƏRT TƏPKİ: Elə sözlər dedi ki…
CƏMİYYƏT

Partiya sədrindən deputata SƏRT TƏPKİ: Elə sözlər dedi ki…

17/06/2026 16:19
50
Azərbaycanda ŞOK təhlükə – Ölümə aparır
CƏMİYYƏT

Azərbaycanda ŞOK təhlükə – Ölümə aparır

17/06/2026 16:00
50
Prezident Administrasiyasının rəhbəri nazirləri və yüksək vəzifəli şəxsləri topladı – FOTO
CƏMİYYƏT

Prezident Administrasiyasının rəhbəri nazirləri və yüksək vəzifəli şəxsləri topladı – FOTO

17/06/2026 15:49
50
“Qara şüşə” ilə bağlı sürücülərə ekspertdən VACİB açıqlama
CƏMİYYƏT

“Qara şüşə” ilə bağlı sürücülərə ekspertdən VACİB açıqlama

17/06/2026 14:15
54
Azərbaycanda bu internet provayderləri bağlandı – SİYAHI
CƏMİYYƏT

Azərbaycanda bu internet provayderləri bağlandı – SİYAHI

17/06/2026 13:40
53
Qərbi Azərbaycanın dəyərli oğlu Hidayət Orucovun əziz xatirəsinə
CƏMİYYƏT

Qərbi Azərbaycanın dəyərli oğlu Hidayət Orucovun əziz xatirəsinə

17/06/2026 13:15
82

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Partiya sədrindən deputata SƏRT TƏPKİ: Elə sözlər dedi ki…

Partiya sədrindən deputata SƏRT TƏPKİ: Elə sözlər dedi ki…

17/06/2026 16:19
50
Aysel Şükürün səhhəti pisləşdi

Aysel Şükürün səhhəti pisləşdi

17/06/2026 16:08
50
Azərbaycanda ŞOK təhlükə – Ölümə aparır

Azərbaycanda ŞOK təhlükə – Ölümə aparır

17/06/2026 16:00
50
Prezidentdən daha bir SƏRƏNCAM

Prezidentdən daha bir SƏRƏNCAM

17/06/2026 15:54
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

17/06/2026 10:42
56

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

17/06/2026 08:51
54

Messi tarixə keçdi: Altı Dünya Kuboku, 16 qol və zirvə uğrunda yeni savaş

Messi tarixə keçdi: Altı Dünya Kuboku, 16 qol və zirvə uğrunda yeni savaş

17/06/2026 07:16
54

Şok iddia: ABŞ-ın narkotiklə mübarizə əməliyyatlarında 200-dən çox insan həlak olub

Şok iddia: ABŞ-ın narkotiklə mübarizə əməliyyatlarında 200-dən çox insan həlak olub

17/06/2026 07:00
60

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.