Avqustun 25-də Laçında Azərbaycan Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi və bu ölkənin “Elektrikenerji Sistemi Operatoru” şirkətinin nümayəndələri arasında işgüzar görüş keçirilib.
Gündəm24.az “Bakupost”-a istinadən xəbər verir ki, görüş zamanı tərəflər iki ölkə arasında elektrik enerjisinin idxalı və ixracı imkanlarını, eləcə də iki ölkənin enerji infrastrukturlarının dövlət sərhədində birləşdirilməsi üçün mümkün variantları müzakirə ediblər.













