Çərşənbə axşamı, Fevral 24, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Leyla, Arzu və Alena Əliyevalar Lənkəranda… – FOTOLAR

21/11/2025 12:11
Gündəm
45 1
Leyla, Arzu və Alena Əliyevalar Lənkəranda… – FOTOLAR
58
Baxış sayı

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Lənkərana səfər çərçivəsində bir sıra ekoloji aksiyalarda iştirak ediblər.

Gündəm24.az xəbər verir ki, əvvəlcə IDEA İctimai Birliyi tərəfindən Lənkəran rayonunda meşə ərazisində “Yaşıl Marafon” çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. Könüllülülərin iştirakı ilə həyata keçirilən aksiyada 1350 ədəd Eldar şamı tingi əkilib. Tədbir zamanı yaşıllıq zolaqlarının genişləndirilməsi, meşə fondunun bərpası və ekosistemin mühafizəsi istiqamətində reallaşdırılan işlər barədə məlumat verilib.

Qeyd edək ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma Marafonu”nun (“Yaşıl Marafon”) əsas məqsədi yaşıllıq sahələrinin artırılması, ağacəkmə ənənəsinin təşviqi, ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin zənginləşdirilməsinə və yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir. “Yaşıl Marafon” çərçivəsində 2025-ci ilin payız və 2026-cı ilin yaz əkin mövsümləri ərzində ölkə üzrə 2 milyona yaxın ağacın əkilməsi nəzərdə tutulur.

Daha sonra Hirkan Milli Parkının ərazisinə biomüxtəlifliyin zənginləşdirilməsi məqsədilə heyvanların təbiətə buraxılması aksiyası təşkil olunub. Aksiya çərçivəsində 2 yenot, 2 tülkü və 4 tirəndaz təbii mühitə buraxılıb. Yenotlar bir müddət əvvəl IDEA İctimai Birliyinin təşəbbüsü və aidiyyəti qurumların iştirakı ilə aparılan birgə yoxlama nəticəsində iaşə obyektlərində qanunsuz saxlanılması aşkarlanmış və xilas edilmişdilər. Həmin yenotlar 4 ay müddətində Bakı Zooloji Parkında müalicə və reabilitasiya olunaraq tam sağaldıqdan sonra təbiətə qaytarılıb.

Təbiətə qaytarılan tülkülər isə vətəndaşlar tərəfindən yaralı halda aşkarlanaraq Bakı Zooloji Parkına təhvil verilmişdi. Onlar Zooloji Parkda bir il müddətində klinik şəraitdə müayinə və müalicə olunub, reabilitasiya prosesi uğurla başa çatdıqdan sonra təbii mühitə buraxılıb.

Aksiyada təbiətə buraxılan tirəndazlar vaxtilə Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilmiş növlərdən olub. Ölkəmizdə bu sahədə həyata keçirilən uğurlu mühafizə tədbirləri nəticəsində bu vəhşi heyvanların sayı artırılıb və növ “Qırmızı kitab”dan çıxarılıb. Milli Parka buraxılan tirəndazlar Bakı Zooloji Parkında çoxaldılan və təbii populyasiyası bərpa olunan fərdlərdəndir.

Qeyd edək ki, sözügedən ekoloji aksiyalar IDEA İctimai Birliyi tərəfindən Azərbaycanda ətraf-mühitin mühafizəsi və biomüxtəlifliyin qorunması istiqamətində mütəmadi olaraq görülən işlərin tərkib hissəsidir.

Leyla, Arzu və Alena Əliyevalar Lənkəranda... - FOTOLAR

Oxşarxəbərlər

Mahir Aslanov Türkiyədə vəfat etdi – Təfərrüat
Gündəm

Mahir Aslanov Türkiyədə vəfat etdi – Təfərrüat

24/02/2026 09:45
50
FHN Novruz çərşənbələri ilə bağlı əhaliyə müraciət etdi – VİDEO
Gündəm

FHN Novruz çərşənbələri ilə bağlı əhaliyə müraciət etdi – VİDEO

24/02/2026 09:40
50
Eyruz Məmmədov vəfat etdi
Gündəm

Eyruz Məmmədov vəfat etdi

24/02/2026 09:30
50
Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
Gündəm

Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq

24/02/2026 09:23
50
Vaşinqton təxribatında Rusiya izi – ARAŞDIRMA
Gündəm

Vaşinqton təxribatında Rusiya izi – ARAŞDIRMA

23/02/2026 21:38
53
Naxçıvanda İTS sədri vəzifəsindən azad edildi
Gündəm

Naxçıvanda İTS sədri vəzifəsindən azad edildi

23/02/2026 15:33
54

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Mahir Aslanov Türkiyədə vəfat etdi – Təfərrüat

Mahir Aslanov Türkiyədə vəfat etdi – Təfərrüat

24/02/2026 09:45
50
FHN Novruz çərşənbələri ilə bağlı əhaliyə müraciət etdi – VİDEO

FHN Novruz çərşənbələri ilə bağlı əhaliyə müraciət etdi – VİDEO

24/02/2026 09:40
50
Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?

Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?

24/02/2026 09:35
50
Eyruz Məmmədov vəfat etdi

Eyruz Məmmədov vəfat etdi

24/02/2026 09:30
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qahirədən diplomatik addım: Oman, İran və ABŞ ilə təmaslar

Qahirədən diplomatik addım: Oman, İran və ABŞ ilə təmaslar

23/02/2026 09:40
54

Diplomatik gündəm: ABŞ və İran fevralın 26-da görüşəcək

Diplomatik gündəm: ABŞ və İran fevralın 26-da görüşəcək

23/02/2026 09:27
53

Təhlükəsizlik səviyyəsi yüksəldi – rəsmi qurumlar xəbərdarlıq etdi

Təhlükəsizlik səviyyəsi yüksəldi – rəsmi qurumlar xəbərdarlıq etdi

23/02/2026 09:20
55

Epşteyn sənədləri sensasiya yaratdı – Rusiya ilə bağlı iddialar alt-üst oldu

Epşteyn sənədləri sensasiya yaratdı – Rusiya ilə bağlı iddialar alt-üst oldu

23/02/2026 07:16
53

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In