Şənbə, İyun 27, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Leyla və Arzu Əliyevalar açılış mərasimində – FOTOLAR

27/06/2026 11:10
CƏMİYYƏT, Manşet
53 1
Leyla və Arzu Əliyevalar açılış mərasimində – FOTOLAR
68
Baxış sayı

İyunun 26-da Dənizkənarı Milli Park ərazisində bir sıra layihənin təqdimat mərasimləri keçirilib.

Gündəm24.az xəbər verir ki, mərasimlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

“Boulevard Sports Club” idman klubunun açılış

Əvvəlcə Dənizkənarı Milli Parkda ənənəvi tennis kortu kompleksində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan “Boulevard Sports Club” idman klubunun açılışı olub.

Leyla Əliyeva və Arzu Əliyeva idman klubunda yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, yeni idman klubu Dənizkənarı Milli Parkda sağlam həyat tərzinin təşviqi, idman infrastrukturunun genişləndirilməsi və istirahət imkanlarının artırılması istiqamətində görülən işlər çərçivəsində qurulub. Burada müasir avadanlıqlarla təchiz olunan funksional fitnes zalı, padel kortları və dinamik idman imkanları yaradılıb.

“WasteShark” üzən sutəmizləmə qurğusunun təqdimatı

Sonra Bakı buxtasının Dənizkənarı Milli Park akvatoriyasına düşən hissəsinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və su hövzəsinin təmizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində innovativ “WasteShark” üzən sutəmizləmə qurğusunun təqdimatı olub. Təqdimat zamanı Leyla Əliyeva və Arzu Əliyevaya qurğunun texniki imkanları nümayiş etdirilib. Bildirilib ki, qurğu son illər Xəzər dənizində su səviyyəsinin enməsi fonunda sahilyanı ərazilərdə, dayaz sularda və qapalı akvatoriyalarda üzən tullantıların, biokütlənin və müxtəlif çirkləndiricilərin çevik şəkildə toplanmasına imkan verən qabaqcıl texnoloji həllərlə təchiz olunub.

Uzaqdan idarəolunan, xüsusi sensorlar və kameralarla təchiz edilən və çevik hərəkət imkanlarına malik qurğu su səthindəki tullantılar, üzvi qalıqlar və çirkləndirici maddələri toplayır. Xüsusilə əlçatanlıq məhdud olan sahələrdə səmərəli fəaliyyət göstərən “WasteShark” ekoloji monitorinq və təmizlik tədbirlərinin imkanlarını genişləndirməyə hesablanıb.

Qurğunun ilkin mərhələdə lokal təmizləmə işlərində tətbiqi, əldə olunan nəticələrə əsasən isə Bakı buxtasının daha geniş akvatoriyasında və müxtəlif istifadə formatlarında tətbiqi nəzərdə tutulur.

Qeyd edək ki, layihə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.

Elektrik mühərrikli faytonların təqdimatı

Daha sonra Bakı Bulvarı ərazisində ziyarətçilərə fərqli istirahət və gəzinti imkanı təqdim edən yeni layihənin – elektrik mühərrikli faytonların təqdimatı olub.

Əvvəlcə Leyla Əliyeva və Arzu Əliyevaya yeni layihə haqqında məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin fayton ənənələrindən ilhamlanan həmin tarixi görünüşlü müasir nəqliyyat vasitələri bulvar ərazisində xüsusi marşrut üzrə ekoloji təmiz, səssiz və komfortlu gəzinti imkanları təqdim edir. Qeyd edilib ki, elektrik mühərrikli faytonların istifadəsi müasir, ekoloji və dayanıqlı şəhər mühiti prinsiplərinin təşviqi istiqamətində atılan addımlardan biridir. Sonra qonaqlar üçün elektrik mühərrikli faytonlarla bulvar boyunca gəzinti təşkil olunub.

Açılış və təqdimat mərasimləri zamanı Leyla Əliyeva və Arzu Əliyeva şəhər sakinləri ilə görüşüb, onlarla şəkil çəkdiriblər.

Leyla Əliyeva və Arzu Əliyeva açılış və təqdimat mərasimlərində - FOTOLARLeyla Əliyeva və Arzu Əliyeva açılış və təqdimat mərasimlərində - FOTOLARLeyla Əliyeva və Arzu Əliyeva açılış və təqdimat mərasimlərində - FOTOLARLeyla Əliyeva və Arzu Əliyeva açılış və təqdimat mərasimlərində - FOTOLARLeyla Əliyeva və Arzu Əliyeva açılış və təqdimat mərasimlərində - FOTOLARLeyla Əliyeva və Arzu Əliyeva açılış və təqdimat mərasimlərində - FOTOLARLeyla Əliyeva və Arzu Əliyeva açılış və təqdimat mərasimlərində - FOTOLARLeyla Əliyeva və Arzu Əliyeva açılış və təqdimat mərasimlərində - FOTOLARLeyla Əliyeva və Arzu Əliyeva açılış və təqdimat mərasimlərində - FOTOLARLeyla Əliyeva və Arzu Əliyeva açılış və təqdimat mərasimlərində - FOTOLARLeyla Əliyeva və Arzu Əliyeva açılış və təqdimat mərasimlərində - FOTOLARLeyla Əliyeva və Arzu Əliyeva açılış və təqdimat mərasimlərində - FOTOLARLeyla Əliyeva və Arzu Əliyeva açılış və təqdimat mərasimlərində - FOTOLARLeyla Əliyeva və Arzu Əliyeva açılış və təqdimat mərasimlərində - FOTOLARLeyla Əliyeva və Arzu Əliyeva açılış və təqdimat mərasimlərində - FOTOLARLeyla Əliyeva və Arzu Əliyeva açılış və təqdimat mərasimlərində - FOTOLARLeyla Əliyeva və Arzu Əliyeva açılış və təqdimat mərasimlərində - FOTOLARLeyla Əliyeva və Arzu Əliyeva açılış və təqdimat mərasimlərində - FOTOLARLeyla Əliyeva və Arzu Əliyeva açılış və təqdimat mərasimlərində - FOTOLARLeyla Əliyeva və Arzu Əliyeva açılış və təqdimat mərasimlərində - FOTOLARLeyla Əliyeva və Arzu Əliyeva açılış və təqdimat mərasimlərində - FOTOLARLeyla Əliyeva və Arzu Əliyeva açılış və təqdimat mərasimlərində - FOTOLARLeyla Əliyeva və Arzu Əliyeva açılış və təqdimat mərasimlərində - FOTOLARLeyla Əliyeva və Arzu Əliyeva açılış və təqdimat mərasimlərində - FOTOLARLeyla Əliyeva və Arzu Əliyeva açılış və təqdimat mərasimlərində - FOTOLAR

Oxşarxəbərlər

“Nissan” avtomobillərində problem yarandı: 600 mindən çox maşın geri çağırılır
CƏMİYYƏT

“Nissan” avtomobillərində problem yarandı: 600 mindən çox maşın geri çağırılır

27/06/2026 13:46
50
“Bizə bomba ata bilməzsiniz!” – Bakıdan iranlı deputata ŞİLLƏ kimi cavab
Manşet

“Bizə bomba ata bilməzsiniz!” – Bakıdan iranlı deputata ŞİLLƏ kimi cavab

27/06/2026 12:13
54
Nəriman Həsənzadənin vəziyyəti açıqlandı
CƏMİYYƏT

Nəriman Həsənzadənin vəziyyəti açıqlandı

27/06/2026 11:11
58
Dörd günlük güclü maqnit qasırğası olacaq
CƏMİYYƏT

Dörd günlük güclü maqnit qasırğası olacaq

27/06/2026 10:51
52
ABB-də nə baş verir? – ŞİKAYƏTLƏR PİK HƏDDƏ ÇATDI
CƏMİYYƏT

ABB-də nə baş verir? – ŞİKAYƏTLƏR PİK HƏDDƏ ÇATDI

27/06/2026 10:25
54
Nəbi Mahmudov vəfat etdi
CƏMİYYƏT

Nəbi Mahmudov vəfat etdi

27/06/2026 10:13
55

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Türkiyədə 800 minlik saxta evlilik – Azərbaycanlı qadın həbs edildi – Video

Türkiyədə 800 minlik saxta evlilik – Azərbaycanlı qadın həbs edildi – Video

27/06/2026 14:00
50
“İstədikləri 100 mini vermədiyim üçün mənə bunu edirlər”

“İstədikləri 100 mini vermədiyim üçün mənə bunu edirlər”

27/06/2026 13:26
50
Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapıldı

Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapıldı

27/06/2026 13:00
50
Fransada anomal istilər: Dörd uşaq bağlı avtomobillərdə həyatını itirdi

Fransada anomal istilər: Dörd uşaq bağlı avtomobillərdə həyatını itirdi

27/06/2026 12:50
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

26/06/2026 10:10
86

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:18
72

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:17
54

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

24/06/2026 11:12
87

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.