Çərşənbə axşamı, Noyabr 24, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Mehdiyevin oğlu və kürəkəni məhkəmədə ifadə verdi

24/11/2026 15:01
Gündəm
778 49
Mehdiyevin oğlu və kürəkəni məhkəmədə ifadə verdi
685
Paylaşım sayı
951
Baxış sayı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin cinayət işi üzrə qapalı məhkəmə iclası keçirilib.

Gündəm24.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrlik etdiyi prosesdə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev iştirak etməyib.

Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev və kürəkəni, keçmiş deputat İlham Əliyev prosesdə ifadə veriblər.

Qeyd edək ki, Əli Kərimli və müavininin işi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən istintaq olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə yekun ittiham irəli sürülüb.

İstintaq orqanı topladığı dəlil və sübutları ittiham aktı ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərib.

Bu maddənin sanksiyasında 20 ilə kimi və ya işin hallarından asılı olaraq ömürlük həbs cəzası nəzərdə tutulur.

Ə.Kərimli və M.İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq həbs edilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Murad Aslanovun sədrlik etdiyi kollegiyada Ramiz Mehdiyevin barəsində hökm elan edilib.

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib. Məhkəmə tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

Mehdiyevin mövcud xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti və yaşı nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi qərara alınıb.

Hökmdə qeyd olunub ki, Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb.

Ramiz Mehdiyevin əmlakları barəsində dövlət nəfinə keçirilməklə xüsusi müsadirə tətbiq edilib.

Oxşarxəbərlər

Bəzi yollarda hərəkət məhdudlaşdırılacaq – XƏBƏRDARLIQ
Gündəm

Bəzi yollarda hərəkət məhdudlaşdırılacaq – XƏBƏRDARLIQ

20/11/2026 13:37
958
Vəfat edən BDU müəlliminin xanımından şok sözlər: “O, bir rektorun qurbanı oldu”
Gündəm

Vəfat edən BDU müəlliminin xanımından şok sözlər: “O, bir rektorun qurbanı oldu”

19/11/2026 13:44
963
Detallar açıqlandı: Nəsimini neçə il həbs gözləyir? – İlkin rəqəm
Gündəm

Detallar açıqlandı: Nəsimini neçə il həbs gözləyir? – İlkin rəqəm

17/11/2026 15:15
966
Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı – Video
Gündəm

Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı – Video

11/11/2026 10:44
963
Yüzbaşıyev dəm qazından boğularaq həyatını itirib -FOTO
Gündəm

Yüzbaşıyev dəm qazından boğularaq həyatını itirib -FOTO

10/11/2026 15:34
962
Bakıya nə zaman qar yağacaq? – AÇIQLAMA 
Gündəm

Bakıya nə zaman qar yağacaq? – AÇIQLAMA 

10/11/2026 13:38
968

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Mehdiyevin oğlu və kürəkəni məhkəmədə ifadə verdi

Mehdiyevin oğlu və kürəkəni məhkəmədə ifadə verdi

24/11/2026 15:01
951
Sabah metro 1 saat artıq işləyəcək

Sabah metro 1 saat artıq işləyəcək

24/11/2026 14:23
951
“Arzulayırdın ki, səndən bütün saytlar yazsın”

“Arzulayırdın ki, səndən bütün saytlar yazsın”

24/11/2026 14:20
951
DİM-in sədri vəzifəsini kimin icra edəcəyi açıqlandı – RƏSMİ

DİM-in sədri vəzifəsini kimin icra edəcəyi açıqlandı – RƏSMİ

24/11/2026 14:00
951

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Qanlı kəndi – Göyçənin qədim türk yurdlarından biri

Qərbi Azərbaycanın Qanlı kəndi – Göyçənin qədim türk yurdlarından biri

24/11/2026 09:39
957

Qərbi Azərbaycanın Qaraiman kəndi – Göyçənin qədim türk yurdlarından biri

Qərbi Azərbaycanın Qaraiman kəndi – Göyçənin qədim türk yurdlarından biri

23/11/2026 09:04
965

1991-ci il 20 noyabr Qarakənd faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib-VIDEO

1991-ci il 20 noyabr Qarakənd faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib-VIDEO

21/11/2026 12:56
961

Qərbi Azərbaycanın Ağzıbir kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

Qərbi Azərbaycanın Ağzıbir kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

20/11/2026 08:20
961

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In