Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.
Gündəm24.az xəbər verir ki, paylaşımda deyilir:
“Xalqımıza Zəfər sevincini bəxş etmiş Ordumuzla qürur duyuruq! Allah Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizə rəhmət eləsin! Uca Tanrı xalqımızı və doğma Azərbaycanımızı qorusun!”.














