Cümə, Sentyabr 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Milli Məclis yeni qanun layihəsini müzakirə edir

18/09/2026 11:04
Gündəm
812 16
Milli Məclis yeni qanun layihəsini müzakirə edir
685
Paylaşım sayı
952
Baxış sayı
SƏSİ YOXLA - BURANI BAS

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Məhsul şəhadətnaməsi haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

Gündəm24.az  bildirir ki, məlumatına görə, iclasda bildirilib ki, sənəd aqrar sahədə yeni maliyyələşmə mexanizmi kimi məhsul şəhadətnaməsinin tətbiqi məqsədilə hazırlanıb.

Məhsul şəhadətnaməsi kənd təsərrüfatı məhsullarının istehsalçılarının mövsümdən qabaq maliyyə resursları ilə təmin edilməsinə yönəlmiş maliyyə aləti olub özündə borc, alqı-satqı və digər müqavilələrin əlamətlərini əks etdirir.

İstehsalçılar hələ istehsal prosesi başlamazdan əvvəl qiymətli kağız formasında məhsul şəhadətnaməsini “Elektron kənd təsərrüfatı” informasiya sistemi vasitəsilə maliyyə təşkilatları və təchizatçılara təklif edirlər. Məhsul şəhadətnaməsi əvvəlcədən maliyyələşmə müqaviləsində istehsalın nəticəsinin məhsul şəhadətnaməsini əldə edən şəxsə (maliyyə təşkilatı, tədarükçü) verilməsinin öhdəlik kimi götürülməsini nəzərdə tutur. Öhdəliyin icrası kimi pul vəsaiti və ya kənd təsərrüfatı məhsulunun təqdim edilməsindən asılı olaraq, məhsul şəhadətnaməsi maliyyə və ya əmtəə məhsul şəhadətnamələri ola bilər.

Maliyyə məhsul şəhadətnaməsində bir qayda olaraq maliyyə təşkilatları (bank, BOKT) maraqlı olurlar və bu şəhadətnamə borc müqabilində gələcək məhsulun satışından əldə ediləcək vəsaitin fermer tərəfindən kreditora (şəhadətnaməni əldə edən şəxsə) ödənilməsi öhdəliyini ehtiva edir.

Əmtəə məhsul şəhadətnaməsində bir qayda olaraq tədarükçülər maraqlı olurlar və bu şəhadətnamə borc müqabilində gələcək məhsulun fermer tərəfindən kreditora (şəhadətnaməni əldə edən şəxsə) verilməsi öhdəliyini ehtiva edir. Hər iki növ məhsul şəhadətnaməsinin tətbiqinin müsbət cəhətləri aşağıdakılardır:

– fermer zəruri vəsaiti istehsal prosesindən əvvəl əldə edərək istifadə edir;

– tədarükçülər əldə edəcəkləri məhsul barədə əvvəlcədən təminat aldığından bazar münasibətlərində daha çevik iştirak edə bilirlər;

– maliyyə təşkilatları aqrar sahə üzrə yeni və icrası daha çevik maliyyə aləti əldə edirlər;

– müqavilələrdən fərqli olaraq məhsul şəhadətnaməsi üzrə öhdəliyin icrasının pozulması halında çevik, az xərcli və məhkəmənin minimal iştirakı ilə tutma proseduru müəyyən edilir. Layihəyə əsasən məhsul şəhadətnaməsi özü icra sənədi kimi çıxış edir və icra sənədi daxil olduğu gündən etibarən dərhal icraya yönəldilir;

– məhsul şəhadətnamələrinin “Elektron kənd təsərrüfatı” informasiya sistemi vasitəsilə buraxılması onların tərtibi və təsdiqi (notarial) üzrə xərcləri aradan qaldırır, habelə elektron sistem vasitəsilə izlənə bilməsi onlara olan etibarı artırır;

– məhsul şəhadətnaməsinin sahibinin kənd təsərrüfatı məhsullarının yetişdirilməsində və ilkin emalında monitorinq hüququna əsasən məhsul şəhadətnaməsinin sahibi istehsal və ilkin emal prosesini nəzarətdə saxlayır və prosesin şəhadətnamədə elan olunan qaydada aparılmasına nəzarət edir. Bu isə tələb edilən keyfiyyətdə məhsulun əldə edilməsinin qarantiyaya alınmasına və onun növbəti realizəsinin rahat həyata keçirilməsinə şərait yaratmaqla “tarladan süfrəyə” prinsipinin həyata keçirilməsini asanlaşdırır.

Qanun layihəsinin qəbulu kənd təsərrüfatının maliyyələşdirilməsi, istehsalçıların dəstəklənməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və aqrar sektorun inkişafı üçün mühüm əhəmiyyət kəsb edəcək.

Oxşarxəbərlər

Bakıda MÜHÜM KONFRANS keçirildi
Gündəm

Bakıda MÜHÜM KONFRANS keçirildi

18/09/2026 12:42
951
Xankəndidə TDT dövlətlərinin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib
Gündəm

Xankəndidə TDT dövlətlərinin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib

18/09/2026 12:04
952
Bu avtomobillərə dərhal yol verin! – Müraciət
Gündəm

Bu avtomobillərə dərhal yol verin! – Müraciət

18/09/2026 11:27
952
Mirşahinin oğlu ailə qurdu — Toydan görüntülər (VİDEO)
Gündəm

Mirşahinin oğlu ailə qurdu — Toydan görüntülər (VİDEO)

18/09/2026 11:18
952
“Güclü olmaq üçün təhlükəsizlik şərtdir” – Təhlükəsizlik eksperti
Gündəm

“Güclü olmaq üçün təhlükəsizlik şərtdir” – Təhlükəsizlik eksperti

17/09/2026 16:30
956
Sumqayıt məhkəməsinin hakiminin öldüyü yol qəzası ilə bağlı məhkəmə qərarı
Gündəm

Sumqayıt məhkəməsinin hakiminin öldüyü yol qəzası ilə bağlı məhkəmə qərarı

17/09/2026 13:07
954

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“Xilaskar” Samvel həbsdən Paşinyanı HƏDƏLƏDİ – Bakı da onu axtarır…

“Xilaskar” Samvel həbsdən Paşinyanı HƏDƏLƏDİ – Bakı da onu axtarır…

18/09/2026 12:55
951
Məşhur aktyor “Kızılcık şerbeti”nə qatıldı – FOTO

Məşhur aktyor “Kızılcık şerbeti”nə qatıldı – FOTO

18/09/2026 12:52
951
Azərbaycanda Qəbiristanlıqla bağlı CƏRİMƏLƏR: BUNU ETSƏNİZ…

Azərbaycanda Qəbiristanlıqla bağlı CƏRİMƏLƏR: BUNU ETSƏNİZ…

18/09/2026 12:52
951
Bəzi bölgələrdə leysan və dolu olacaq – XƏBƏRDARLIQ

Bəzi bölgələrdə leysan və dolu olacaq – XƏBƏRDARLIQ

18/09/2026 12:43
951

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
953

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
955

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
959

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
960

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.