2026-cı ilin fevral ayında Azərbaycan bank sektorunun müştəri şikayətləri ilə bağlı yeni reytinq açıqlanıb.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı siyahı hazırlayıb.
Mərkəzi Bankın statistik məlumatlarına əsasən, bank müştərilərinin xidmətlərdən istifadəsi üzrə şikayət indeksi bəzi banklarda daha yüksək, bəzilərində isə aşağıdır.
Ən çox şikayət olunan 4 bank aşağıdakılardır:
Tərtib olunmuş siyahıda ilk yeri şikayət indeksi 3,36 ilə Bank BTB QSC tutur.
İkinci yeri 3,01 indekslə “Expressbank”tutur.
Üçüncü yerdə 2,95 indekslə “AFB Bank” ASC qərarlaşıb.
“Azər Türk Bank” ASC isə 2,78 indekslə dördüncü yerdədir.
Məlumatda qeyd olunur ki, şikayət indeksi aylıq olaraq dəyişə bilər.














