Cümə axşamı, Sentyabr 24, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Mənzil bazarında “iyun boşluğu” — Ucuzlaşma olacaq

29/04/2026 09:36
CƏMİYYƏT
829 25
Mənzil bazarında “iyun boşluğu” — Ucuzlaşma olacaq
707
Paylaşım sayı
982
Baxış sayı
Tətil mövsümünün başlaması paytaxtın kirayə mənzil bazarında sükut yaratsa da, son illərin mənzərəsi əvvəlki dövrlərdən kəskin fərqlənir. Universitetlərin bağlanması ilə rayonlara üz tutan tələbələrin boşaltdığı evlər artıq bazarda gözlənilən ucuzlaşmanı təmin edə bilmir.
Gündəm24.az    xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov iyunun 15-dən etibarən hər il daşınmaz əmlak sektorunda, xüsusən icarə bazarında müəyyən dəyişikliklər başlayacağını bildirib.
“Bunun əsas səbəbi tələbələrin, yəni rayonlardan və regionlardan gələn tələbələrin şəhəri tərk etməsi ilə bağlıdır. Onlar qaldıqları mənzilləri boşaldırlar. Nəticədə iyunun 15-dən avqustun 15-nə qədər olan dövrdə bazarda müəyyən boşluq yaranır. Bu dövrdə daşınmaz əmlak fondunda, xüsusilə daha ucuz kateqoriyaya aid olan, aylıq icarəsi təxminən 500–600 manat civarında olan mənzillər daha çox boşalır. Təkliflərin artması səbəbindən bu aylarda icarə qiymətlərində adətən bir qədər enmə müşahidə olunur. Lakin son iki ildə vəziyyət dəyişib. Əvvəlki illərlə müqayisədə tələbələrin boşaltdığı evlərin sayı azalıb. Bunun səbəbi odur ki, avqust ayında yeni mənzil tapmaq daha çətinləşdiyi üçün bəzi tələbələr evləri boşaltmamağa üstünlük verirlər. Yəni onlar yay tətilinə getsələr də, həmin mənzilləri saxlayırlar”.
Ekspert bildirib ki, təxminən tələbələrin 25–30 faizi belə davranır.
“Bu ona görədir ki, evləri təhvil verib sonra yenidən kirayələmək istəyəndə eyni mənzili daha yüksək qiymətə götürmək məcburiyyətində qalırlar və ümumiyyətlə uyğun ev tapmaqda çətinlik çəkirlər. Bu səbəbdən bəzi tələbələr əvvəlcədən kirayədə qaldıqları evləri saxlamağı daha məqsədəuyğun hesab edirlər. Daşınmaz əmlak bazarında yaranan bu qıtlığın əsas səbəblərindən biri də ucuz kateqoriyaya aid evlərin azalmasıdır. Şəhərin mərkəzi və ətraf ərazilərində bir çox köhnə yaşayış binaları sökülür. Məsələn, Bayıl, Sovetski, Kubinka, Nərimanov prospekti ətrafı, eləcə də Nəsimi rayonu kimi ərazilərdə vaxtilə çoxlu sayda belə evlər mövcud idi. Zamanla bu binalar söküldü və onların yerində pilot layihələr həyata keçirildi. Bu proses nəticəsində ucuz kirayə mənzillərin sayı getdikcə azaldı. Köhnə yaşayış fondunun azalması isə birbaşa olaraq bazarda qiymətlərin artmasına təsir göstərən amillərdən biridir”.

Oxşarxəbərlər

IV Bakı Təhlükəsizlik Forumu keçirildi – FOTOLAR
CƏMİYYƏT

IV Bakı Təhlükəsizlik Forumu keçirildi – FOTOLAR

24/09/2026 09:43
951
Sumqayıt sakinləri nədən narazıdır – PROBLEMLƏR BİTMİR
CƏMİYYƏT

Sumqayıt sakinləri nədən narazıdır – PROBLEMLƏR BİTMİR

24/09/2026 09:34
952
Bakıya girişlə bağlı mühüm YENİLİK – Pulsuz nəqliyyat qərarı…
CƏMİYYƏT

Bakıya girişlə bağlı mühüm YENİLİK – Pulsuz nəqliyyat qərarı…

24/09/2026 08:14
952
8 ildən sonra rahat nəfəs alacaq 3 bürc
Manşet

8 ildən sonra rahat nəfəs alacaq 3 bürc

24/09/2026 00:49
1k
Bu sürücülərdən 30 manat haqq tutulacaq — Qərar
Manşet

Bu sürücülərdən 30 manat haqq tutulacaq — Qərar

24/09/2026 00:30
974
Ukraynanın dronu Azərbaycan əsilli şəxsi öldürdü
Manşet

Ukraynanın dronu Azərbaycan əsilli şəxsi öldürdü

23/09/2026 23:01
959

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Laçında dağlıq ərazidə yanğın – VİDEO

Laçında dağlıq ərazidə yanğın – VİDEO

24/09/2026 09:47
951
IV Bakı Təhlükəsizlik Forumu keçirildi – FOTOLAR

IV Bakı Təhlükəsizlik Forumu keçirildi – FOTOLAR

24/09/2026 09:43
951
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

24/09/2026 09:39
953
“Xakker Tamerlan” həbs edildi

“Xakker Tamerlan” həbs edildi

24/09/2026 09:35
951

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

23/09/2026 08:08
963

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
975

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
965

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
961

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.