Gündəm24.az xəbər verir ki, bu barədə Lısva Dram Teatrı sosial şəbəkədə məlumat yayıb. Teatrın açıqlamasında bildirilib ki, Mironovanın vəfatı kollektiv üçün böyük itkidir.
İlkin məlumata görə, aktrisanın ölümünə səbəb qan laxtalanması olub.
Teatr paylaşımında onu “istiqanlı, səmimi və hər kəsə sevgi bəxş edən insan” kimi xarakterizə edib və qeyd edib ki, o, təkcə sənətkar deyil, həm də kollektivin ruhu idi.
Natalya Mironova “Lift cədvəl üzrə yola düşür” və “Batya 2: Baba” kimi layihələrdəki rolları ilə də tanınırdı./Ajans.az
© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.