Anton Siluanov əlavə edib ki, bu ilin sonuna qədər ÜDM artımı təxminən 1% olacaq
Gündəm24.az xəbər verir ki, Maliyyə naziri Anton Siluanov “Rossiya-24” telekanalına verdiyi müsahibədə bildirib ki, Rusiya iqtisadiyyatı 2026-cı ildə davamlı və balanslaşdırılmış artım templərinə keçəcək, bu ilin sonuna qədər ÜDM artımının təxminən 1% olması gözlənilir. Nazir əlavə edib ki, iqtisadi inkişafda müşahidə olunan yavaşlama gələn ildən davamlı artıma imkan verəcək. Rusiya Prezidenti Vladimir Putin isə ölkənin ÜDM-inin 2025-ci ildə 1% artdığını və son üç ildə ümumi artımın 9,7%-ə çatdığını açıqlayaraq, bunun Avropa göstəricilərini üstələdiyini vurğulayıb.
Sədaqət Həsənova













