Bazar ertəsi, Aprel 27, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Nobel Sülh Mükafatı laureatı İranda həbs edildi

12/12/2025 19:07
Gündəm
63 2
Nobel Sülh Mükafatı laureatı İranda həbs edildi
82
Baxış sayı

İranda Nobel Sülh Mükafatı laureatı, hüquq müdafiəçisi Nərgiz Məhəmmədi həbs olunub.

Gündəm24.az APA-ya istinadla xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilir ki, Nərgiz Məhəmmədli hüquq müdafiəçisi Xosrov Əlikürdinin yas mərasimində iştirak edərkən başqa aktivistlərlə birlikdə saxlanılıb.

Qeyd edək ki, Nərgiz Məhəmmədinin yas mərasimində iştirak etdiyi Xosrov Əlikürdi insan haqları müdafiəçisi olub. Əlikürdi bir həftə əvvəl öz ofisində ölü tapılıb. Ekspertiza nəticəsinə görə, o, ürəktutmasından ölüb.

Xatırladaq ki, Nərgiz Məhəmmədi 21 aprel 1972-ci ildə Güney Azərbaycanın Zəncan şəhərində anadan olub.

Universitetdə təhsil aldığı zaman tələbə qəzetində qadın hüquqlarını dəstəkləyən məqalələr yazaraq diqqət çəkib.

Məhəmmədi ilk dəfə 1998-ci ildə İran hökumətini tənqid etdiyinə görə həbs edilib və bir il həbsdə yatıb.

2010-cu ilin aprelində İranın İnsan Hüquqları Müdafiəçiləri Mərkəzinə görə İslam İnqilabı Məhkəməsinə çağırılıb. Qısa müddətə 50 min dollar girov müqabilində sərbəst buraxılıb, lakin bir neçə gün sonra yenidən həbs edilib və Evin həbsxanasında saxlanılıb.

Məhəmmədi həbsdə olarkən səhhətində problem yaranıb. Nəticədə, bir aydan sonra o, evə buraxılıb və xəstəxanaya getməsinə icazə verilib.

2011-ci ilin iyulunda Məhəmmədi yenidən mühakimə olunub və “milli təhlükəsizliyə qarşı hərəkət etmək, İnsan Hüquqları Müdafiəçiləri Mərkəzinə üzv olmaq və rejim əleyhinə təbliğat aparmaq”da təqsirli bilinib.

Sentyabr ayında o, 11 il müddətinə azadlıqdan məhrum edilib.

2012-ci ildə hökm altı ilə endirilsə də, apellyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.

2012-ci ilin iyulunda beynəlxalq qanunvericilər qrupu onun azadlığa buraxılmasına görə təşəbbüs göstərib və 2012-ci il iyulun 31-də Məhəmmədi həbsdən azad edilib.

2015-ci il mayın 5-də Məhəmmədi yeni ittihamlar əsasında yenidən həbs edilib və 8 oktyabr 2020-ci ildə həbsdən azad edilib.

16 noyabr 2021-ci ildə o, Əlborz vilayətinin Kərəc şəhərində 2019-cu ilin noyabrında ümummilli etirazlar zamanı İran təhlükəsizlik qüvvələri tərəfindən öldürülən İbrahim Ketabdarın anım mərasimində iştirak edərkən yenidən həbs edilib. Nərgiz Məhəmmədi Nobel Sülh Mükafatına layiq görülərkən həbsdə olub.

Oxşarxəbərlər

Şəhid övladı imtahanda yüksək bal topladı
Gündəm

Şəhid övladı imtahanda yüksək bal topladı

27/04/2026 11:14
50
Polkovnikdən TƏBİB sədrinə ŞOK SÖZLƏR – “Bunu təhqir hesab edirəm”
Gündəm

Polkovnikdən TƏBİB sədrinə ŞOK SÖZLƏR – “Bunu təhqir hesab edirəm”

25/04/2026 15:35
60
XİN-dən İrəvanda Türkiyə bayrağının yandırılmasına reaksiya
Gündəm

XİN-dən İrəvanda Türkiyə bayrağının yandırılmasına reaksiya

24/04/2026 12:54
56
Ərdoğan göz yaşlarını saxlaya bilmədi – VİDEO
Gündəm

Ərdoğan göz yaşlarını saxlaya bilmədi – VİDEO

24/04/2026 10:33
56
Həbsdən çıxan cərrahdan Prezidentə müraciət – “Məhkəmə qanunsuz qərar qəbul etdi” – VİDEO
Gündəm

Həbsdən çıxan cərrahdan Prezidentə müraciət – “Məhkəmə qanunsuz qərar qəbul etdi” – VİDEO

24/04/2026 09:57
56
Rusiya daha bir ölkə ilə müharibə ərəfəsindədir
Gündəm

Rusiya daha bir ölkə ilə müharibə ərəfəsindədir

24/04/2026 07:46
58

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Saat fərqli, cavab eyni – “Azərişıq” vətəndaşların səbrini sınayır? – VİDEO

Saat fərqli, cavab eyni – “Azərişıq” vətəndaşların səbrini sınayır? – VİDEO

27/04/2026 11:35
50
İki avtomobilin arasında qalaraq öldü – Foto

İki avtomobilin arasında qalaraq öldü – Foto

27/04/2026 11:32
50
Azərbaycan lideri Cənubi Afrika Prezidentini təbrik etdi

Azərbaycan lideri Cənubi Afrika Prezidentini təbrik etdi

27/04/2026 11:29
50
Milli Məclis qərar qəbul etdi: Azərbaycanda bu qadağan EDİLDİ

Milli Məclis qərar qəbul etdi: Azərbaycanda bu qadağan EDİLDİ

27/04/2026 11:27
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Təcili: Danimarkada dəmir yolu faciəsi – yaralıların sayı artır

Təcili: Danimarkada dəmir yolu faciəsi – yaralıların sayı artır

23/04/2026 09:30
78

Təcili: Hörmüzdə gərginlik pik həddə – tankerlər geri dönür

Təcili: Hörmüzdə gərginlik pik həddə – tankerlər geri dönür

23/04/2026 09:19
68

Hörmüz boğazında GƏRGİNLİK: konteyner gəmisinə hücum

Hörmüz boğazında GƏRGİNLİK: konteyner gəmisinə hücum

22/04/2026 10:24
78

SAKİNLƏR TƏHLÜKƏDƏ: dron zərbəsi ciddi fəsadlar yaratdı

SAKİNLƏR TƏHLÜKƏDƏ: dron zərbəsi ciddi fəsadlar yaratdı

22/04/2026 07:13
69

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In