Cümə axşamı, May 28, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“O Gün Ayrıldıq… Bu Gün Xatırlayırıq və Qayıdacağıq – 1988-ci ilin Soyuq Payızının Xatirəsi” adlı anım tədbiri keçirilib

30/11/2025 15:46
Manşet, Qərbi Azərbaycan
41 1
“O Gün Ayrıldıq… Bu Gün Xatırlayırıq və Qayıdacağıq – 1988-ci ilin Soyuq Payızının Xatirəsi” adlı anım tədbiri keçirilib
53
Baxış sayı

29 noyabr 2025-ci il tarixində Mığrı (Meğri) Rayon İcması və kənd icmalarının təşkilatçılığı ilə “O Gün Ayrıldıq… Bu Gün Xatırlayırıq və Qayıdacağıq – 1988-ci ilin Soyuq Payızının Xatirəsi” adlı anım tədbiri keçirilib.

Tədbir 1988-ci ilin soyuq payız günlərində Mığrı rayonunun Lehvaz, Lök, Maralzəmi, Aldərə, Mığrı şəhəri və Əkərək kəndlərinin dinc əhalisinin erməni silahlı dəstələrinin təzyiqi və zorakılığı nəticəsində öz dədə-baba yurdlarından deportasiya edilməsinin 37-ci ildönümünə həsr olunub. Həmin günlərdə minlərlə sakin yurd-yuvasını itirərək bir neçə ay ərzində Nüvədi kəndində sığınmağa məcbur olmuşdu. Üzərindən 37 il keçsə də, o faciənin ağrısı və yaşanan iztirablar yaddaşlardan silinməyib.

Anım mərasimində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, Mığrı Rayon İcmasının sədri, akademik Fikrət Əliyev, Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov, Yeni Azərbaycan Partiyasının Nəzarət Təftiş Komissiyasının üzvü Musa Musayev, Qərbi Azərbaycan İcması ictimaiyyətlə əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin rəhbəri, əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, eləcə də kənd ağsaqqalları, ziyalılar, deportasiya şahidləri və Mığrı elinin müxtəlif bölgələrindən olan sakinlər iştirak ediblər.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli 1988-ci ilin Mığrı deportasiyasının Azərbaycan xalqına qarşı həyata keçirilmiş sistemli etnik təmizləmə siyasətinin bir hissəsi olduğunu qeyd edib. O bildirib ki, Qərbi Azərbaycan İcması bu tarixi həqiqətlərin dünyaya çatdırılması və deportasiya şahidlərinin xatirələrinin qorunması istiqamətində ardıcıl fəaliyyət göstərir. Millət vəkili əlavə edib ki, beynəlxalq hüquq çərçivəsində və sülh yolu ilə Qərbi Azərbaycana qayıdış prosesi artıq tarixi reallığa çevrilməkdədir.

Fikrət Əliyev çıxışında Mığrı kəndlərinin yaşadığı ağır sınaqlardan danışaraq həmin hadisələrin yalnız faciə deyil, həm də Mığrı elinin sınmayan iradəsinin göstəricisi olduğunu bildirib. O vurğulayıb ki, icmanın yaddaşını diri tutması Qayıdış yolunda mühüm mənəvi dayaqdır.

Akademik bildirib ki, Azərbaycanın əldə etdiyi böyük Zəfərdən sonra Qarabağa Qayıdışın reallığa çevrilməsi, ölkə başçısı İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Qərbi Azərbaycana da sülh və beynəlxalq hüquq çərçivəsində qayıdışa inamı daha da möhkəmləndirib.

O, 1988-ci ilin acı hadisələrini xatırlayaraq Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü və vurğuladı ki, hazırda ərsəyə gələn Zəngəzur dəhlizinin 19 kilometrlik hissəsinin əsası o dövrdə məhz Heydər Əliyev tərəfindən qoyulub.

Yeni Azərbaycan Partiyası Nəzarət Təftiş Komissiyasının üzvü Musa Musayev Mığrı deportasiyasının bütün Azərbaycan xalqının taleyində açdığı dərin yaralardan danışaraq tarixi ədalətin bərpasının milli məsələ olduğunu qeyd edib.

Daha sonra kənd icmalarının nümayəndələri xatirələrini bölüşüb, fikir mübadiləsi aparıblar.

Tədbir çərçivəsində deportasiyadan öncə Mığrı rayonunun və kəndlərin həyatını əks etdirən foto xronika nümayiş etdirilib. Kəndlərin təbiət mənzərələri və insanların yaşayış tərzini əks etdirən görüntülər tədbir iştirakçılarını keçmişə apararaq duyğulandırıb, yaddaşlardakı izləri yenidən canlandırıb.

Sonda tədbirin yüksək səviyyədə təşkilinə görə Bakı Sağlamlıq Mərkəzinin İdarə Heyətinə və kollektivinə Mığrı icmasının adından minnətdarlıq bildirilib. Xüsusilə Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü Asiman Həsənovun təşkilati dəstəyi vurğulanıb.

İştirakçılar Mığrı elinin birliyinin və tarixi ədalət uğrunda mübarizə əzminin daha da gücləndiyini, çox yaxın zamanda evlərindən didətgin salınmış qərbi azərbaycanlılatın öz doğma yurdlarına — Mığrıya, Lehvaza, Lökə, Maralzəmiyə, Aldərəyə, Əkərəyə və digər dədə-baba torpaqlarına qayıdacaqlarına əmin olduqlarını bildiriblər.

.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>

Oxşarxəbərlər

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb – FOTO
Manşet

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb – FOTO

28/05/2026 14:30
54
Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib
Manşet

Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib

28/05/2026 14:18
52
PREZİDENTLƏR DANIŞDILAR:Yaxın gələcəkdə hansı mühüm addımlar atıla bilər?
Manşet

PREZİDENTLƏR DANIŞDILAR:Yaxın gələcəkdə hansı mühüm addımlar atıla bilər?

28/05/2026 13:54
53
Prezident İlham Əliyev Şuşaya getdi
Manşet

Prezident İlham Əliyev Şuşaya getdi

28/05/2026 12:31
52
Prezidentin Sərəncamı ilə irimiqyaslı islahatlar gəlir — Yeni mərhələ NƏLƏRİ DƏYİŞƏCƏK?
Manşet

Prezidentin Sərəncamı ilə irimiqyaslı islahatlar gəlir — Yeni mərhələ NƏLƏRİ DƏYİŞƏCƏK?

28/05/2026 10:51
56
TƏCİLİ: İsrail Tir şəhərini bombaladı – Livanda vəziyyət yenidən alovlandı
Dünya

TƏCİLİ: İsrail Tir şəhərini bombaladı – Livanda vəziyyət yenidən alovlandı

28/05/2026 08:28
62

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu yerlərdə saxlanılan dərmanlar zəhərə çevrilir

Bu yerlərdə saxlanılan dərmanlar zəhərə çevrilir

28/05/2026 14:42
55
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb – FOTO

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb – FOTO

28/05/2026 14:30
54
Paşinyan yenə gəlmədi – Putin müzakirəyə çıxarır

Paşinyan yenə gəlmədi – Putin müzakirəyə çıxarır

28/05/2026 14:23
56
Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib

Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib

28/05/2026 14:18
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
TƏCİLİ: İsrail Tir şəhərini bombaladı – Livanda vəziyyət yenidən alovlandı

TƏCİLİ: İsrail Tir şəhərini bombaladı – Livanda vəziyyət yenidən alovlandı

28/05/2026 08:28
62

TƏCİLİ: Fransada təhlükəli istilər – 8 əyalətdə “narıncı” xəbərdarlıq

TƏCİLİ: Fransada təhlükəli istilər – 8 əyalətdə “narıncı” xəbərdarlıq

28/05/2026 08:13
52

Stokholmda Azərbaycan gecəsi: İsveçli rejissorun gözü ilə Qərbi Azərbaycan yaddaşı-FOTOLAR

Stokholmda Azərbaycan gecəsi: İsveçli rejissorun gözü ilə Qərbi Azərbaycan yaddaşı-FOTOLAR

27/05/2026 11:04
81

ŞOK RƏQƏMLƏR: Rusiyalı diplomat son bir həftədə 50-dən çox mülki şəxsin öldüyünü açıqladı

ŞOK RƏQƏMLƏR: Rusiyalı diplomat son bir həftədə 50-dən çox mülki şəxsin öldüyünü açıqladı

26/05/2026 09:44
56

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In