Viktor Orbanın sözlərinə görə, Avropa müharibənin davam etməsini dəstəkləmək üçün hər şeyi edir.
Gündəm24.az xəbər verir ki, Avropa Ukraynadakı müharibənin davam etməsini istəyir. Bu barədə Macarıstanın Baş naziri Viktor Orban İtaliyanın “Corriere della Sera” qəzetinə verdiyi müsahibədə bildirib .
“Avropanın əsas ölkələri Ukraynadakı müharibənin davam etməsini istəyir. Brüssel isə, heç olmasa, Ukraynada sülh istəmir. Problem də bundadır”, – deyə siyasətçi bildirib. Onun sözlərinə görə, Avropa müharibənin davam etməsini dəstəkləmək üçün hər şeyi edir.
Macarıstan lideri dəfələrlə Aİ-ni Ukrayna münaqişəsinin həlli ilə bağlı mövqeyinə görə sərt tənqid edib. Budapeşt həmçinin Ukrayna rejiminin maliyyələşdirilməsində və silahlandırılmasında iştirak etməkdən imtina edir və bunun yalnız münaqişənin uzanmasına səbəb olacağına inanır.
Sədaqət Həsənova














